Maddə 12. Dövlətin ali məqsədi
I.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali
məqsədidir.
II.
Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
tətbiq edilir.