Maddə 13. Mülkiyyət
I.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə
olunur.
II.
Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə
ola bilər.
III.
Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin
mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.