Maddə
16. Sosial inkişaf və dövlət
I.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun
sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
II.
Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin
inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi
irsini qoruyur.