Maddə 29. Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak
ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə
birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam
vermək hüquqlarından ibarətdir.