Maddə
39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
I.
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II.
Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji
hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini
almaq hüququ vardır.
III.
Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq
təhlükə törədə və ya zərər vura bilməz.
IV.
Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi
heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.