Maddə
41. Sağlamlığın qorunması hüququ
I.
Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
II.
Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün
növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya
salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar
yaradır.