Maddə
47. Fikir və söz azadlığı
I.
Hər kəsin fikir və söz azadlığı vardır.
II.
Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə
məcbur edilə bilməz.
III.
İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət
və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.