Maddə
50. Məlumat azadlığı
I.
Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək,
hazırlamaq və yaymaq azadlığı vardır.
II.
Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya
vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
III. Hər
kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan
və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək
hüququna təminat verilir.