1.2.1 Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə
Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ölkə əhalisinin xüsusi çəkisi 2010-cu ildəki 9,1 faizdən azalaraq 2019-cu ildə 4,8 faiz səviyyəsinə enmişdir. Göstəricinin qiyməti 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən artsa da, növbəti illərdə yenidən azalma meyli almış və 2022-ci ildə 5,5 faiz (kişilər üzrə 5,6 faiz, qadınlar üzrə isə 5,1 faiz) səviyyəsinə düşmüşdür.
Göstərici 2022-ci il üzrə şəhər yerlərində 2,9 faiz, kənd yerlərində isə 8,6 faiz təşkil etmişdir.