Əhalinin hər 1000 nəfərinə düşən istifadəyə verilmiş yaşayış evlərinin sahəsi 2010-cu ildəki 229,0 kvadrat metrdən 2022-ci ildə 279,0 kvadrat metrə yüksəlmişdir. 2021-ci illə müqayisədə 2022-ci ildə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 35,6 faiz artaraq 2815,7 min kvadrat metrə bərabər olmuşdur ki, bunun da 2211,7 min kvadrat metri və ya 78,5 faizi şəhər yerlərinin, 604,0 min kvadrat metri və ya 21,5 faizi isə kənd yerlərinin payına düşmüşdür.
[1] BMT-nin qlobal göstəricilər sistemində bu göstərici “11.3.1 Torpaqdan istifadə artımının əhalinin artım tempinə nisbəti” kimi müəyyən edilir. Nəşrdə yalnız torpaq üzərində tikilərək istifadəyə verilmiş yaşayış evləri üzrə rəsmi statistika məlumatları əsasında tərtib edilən göstərici nəzərdə tutulur.