13.1.1 Fəlakətlər nəticəsində həlak olmuş, xəsarət almış, xilas və təxliyə olunmuş şəxslərin sayı, əhalinin hər 100000 nəfərinə(1)
2010-2022-ci
illər ərzində əhalinin hər 100000 nəfərinə düşən fəlakətlər nəticəsində həlak
olmuş, xəsarət almış, xilas və təxliyə olunmuş şəxslərin sayı əhəmiyyətli
dərəcədə azalaraq 280,6-dan 18,5-dək enmişdir. 2022-ci ildə fəlakətlər nəticəsində
67 nəfər həlak olmuş, 296 nəfər xəsarət almış, 1399 nəfər təxliyə olunmuş, 104
nəfər isə xilas olunmuşdur.
(1) Göstərici BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində “13.1.1 Fəlakətlər nəticəsində həlak olmuş, itkin düşmüş və birbaşa zərər çəkmiş şəxslərin əhalinin hər 100000 nəfərinə düşən sayı” kimi müəyyən edilmişdir. Nəşrdə inzibati məlumatlardan istifadə edilərək göstərici milli kontekstdə verilmişdir.