17.1.2 Dövlət büdcəsinin gəlirlərində vergilərin xüsusi çəkisi, faizlə[1]
2010-2019-cu illər ərzində dövlət büdcəsinin gəlirlərində vergilərin xüsusi çəkisi 2,0 faiz bəndi artaraq 46,2 faizdən 48,2 faizədək yüksəlmişdir.
Bununla yanaşı, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2010-cu ildəki 5266,8 milyon manatdan 2019-cu ildə 11755,0 milyon manatadək yüksəlmişdir. Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi fiziki şəxslərin gəlir vergisi üzrə 952,1 milyon manat və ya 3,9 faiz, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 2546,0 milyon manat və ya 10,4 faiz, torpaq vergisi üzrə 50,0 milyon manat və ya 0,2 faiz, əmlak vergisi üzrə 212,6 milyon manat və ya 0,9 faiz, əlavə dəyər vergisi üzrə 5185,1 milyon manat və ya 21,3 faiz, aksiz vergisi üzrə 854,7 milyon manat və ya 3,5 faiz, mədən vergisi üzrə 133,8 milyon manat və ya 0,5 faiz, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 1343,2 milyon manat və ya 5,5 faiz, sadələşdirilmiş vergilər üzrə 358,6 milyon manat və ya 1,5 faiz, yol vergisi üzrə isə 118,9 milyon manat və ya 0,5 faiz təşkil etmişdir.
[1] Göstərici BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində “17.1.2 Milli büdcənin maliyyələşməsində daxili vergilərin xüsusi çəkisi” kimi müəyyən edilmişdir.