2.a.1 Dövlət xərclərinin kənd təsərrüfatına istiqamətləndirilmə indeksi
Dövlət xərclərinin kənd təsərrüfatına istiqamətləndirilmə
indeksi 2010-2022-ci illər ərzində 1-dən kiçik olmaqla maksimum 0,63 qiyməti
almışdır ki, bu da sektorun iqtisadiyyata verdiyi töhfə baxımından kənd təsərrüfatına
yönəldilmiş dövlət xərclərinin payının nisbətən aşağı olduğunu bildirir.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq sahəsində
yaradılmış əlavə dəyərin həcmi 2010-cu ildəki 2344,6 milyon manatdan 2,7 dəfə (real
ifadədə 60,4 faiz) artaraq 2022-ci ildə 6376,3 milyon manata yüksəlmiş və əvvəlki ilə
nisbətən 3,4 faiz artmışdır.