3.2.2 Neonatal ölüm səviyyəsi
2010-2019-cu illərdə ölkədə neonatal ölüm səviyyəsi artım və azalma istiqamətində dəyişkən meyilli olmuş, göstərici 2010-cu illə müqayisədə 2019-cu ildə 0,3 bənd artaraq 6,9 təşkil etmişdir.
Həyatın ilk 7 günü ərzində baş verən erkən neonatal ölüm səviyyəsi qızlar üzrə 4,9-dan 3,8-dək enmiş, oğlanlar üzrə isə 6,7-dən 6,8-dək yüksəlmişdir. Nəticədə bu göstərici 5,9-dan 5,4-dək enmişdir.
Bundan fərqli olaraq baxılan dövr ərzində gec neonatal ölüm səviyyəsi ümumilikdə 0,7-dən 1,5-dək artmışdır. Belə ki, qızlar üzrə 0,8-dən 1,4-dək, oğlanlar üzrə 0,7-dən 1,5-dək yüksəlmişdir.
Baxılan dövr ərzində neonatal ölüm səviyyəsi cins üzrə bölgüdə o ğlanlar üzrə 7,4-dən 8,3-dək yüksəlmiş, qızlar üzrə isə 5,7-dən 5,2-dək enmişdir. Lakin buna baxmayaraq, dinamikanın hər bir səviyyəsində oğlanlar üzrə ölüm səviyyəsi qızlar üzrə ölüm səviyyəsindən daha çox olmuşdur.