4.5.1 Təhsildə gender bərabərliyi indeksi[1]
2010-cu illə müqayisədə 2019-cu ildə ölkə üzrə təhsildə gender bərabərliyi indeksi məktəbəqədər təhsil müəssisələri üzrə 0,846-dan 0,878-dək, ümumtəhsil müəssisələri üzrə 0,859-dan 0,876-dək, ali təhsil müəssisələri üzrə isə 0,838-dən 0,949-dək yüksəlmişdir.
2010-2019-cu illər ərzində məktəbəqədər təhsil müəssisələrində oğlanların sayı 12,2 faiz artaraq 61140 nəfərdən 68610 nəfərə, qızların sayı 16,4 faiz artaraq 51752 nəfərdən 60216 nəfərə, ümumtəhsil müəssisələrində oğlanların sayı 20,7 faiz artaraq 713970 nəfərdən 862099 nəfərə, qızların sayı 23,1 faiz artaraq 613562 nəfərdən 755039 nəfərə, ali təhsil müəssisələrində isə oğlanların sayı 25,4 faiz artaraq 79067 nəfərdən 99125 nəfərə, qızların sayı 42,0 faiz artaraq 66248 nəfərdən 94042 nəfərə yüksəlmişdir.
Bu göstərici baxılan dövr ərzində məktəbəqədər təhsil müəssisələri üzrə şəhərlərdə 0,827-dən 0,877-dək yüksəlmiş, kənd yerlərində isə 0,902-dən 0,879-dək enmişdir. Ümumtəhsil müəssisələri üzrə göstərici şəhərlərdə 0,831-dən 0,864-dək yüksəlmiş, kənd yerlərində isə 0,895-dən 0,894-dək enmişdir.
[1] BMT-nin qlobal göstəricilər sistemində bu göstərici “4.5.1 Bu siyahıda təhsilə aid olan və dezaqreqasiya oluna bilən bütün göstəricilər üzrə bərabərlik indeksləri (qadın/kişi, şəhər/kənd yeri, aşağı/yuxarı rifah kvintillinin əhalisi və məlumatların mövcudluğundan asılı olaraq digərləri, məsələn əlillər, yerli xalqlar və münaqişənin təsirinə məruz qalmış insanlar)” kimi müəyyən edilmişdir. Göstərici nəşrdə rəsmi statistika məlumatları əsasında milli kontekstdə verilmişdir.