8.2.1 Məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti, əvvəlki ilə nisbətən, faizlə
2010-cu ilə nisbətən 2019-cu ildə məşğul əhalinin hər nəfərinə düşən real ÜDM 0,7 faiz azalmışdır.
2019-cu ildə iqtisadiyyatda məşğul olan əhalinin sayı 2010-cu illə müqayisədə 14,1 faiz artaraq 4329,1 min nəfərdən 4938,5 min nəfərə çatmışdır. Həmin ildə ümumi məşğul əhalinin 36,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 14,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi təhsil, 7,4 faizi tikinti, 5,7 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 5,3 faizi emal sənayesi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 15,3 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşmüşdür.
Mülkiyyət növləri bölgüsünə gəldikdə isə qeyri-dövlət sektorunda məşğul əhalinin sayı dövlət sektoruna nisbətən daha çox olmuşdur. Belə ki, məşğul əhalinin 76,6 faizi yəni 3781,7 min nəfəri qeyri-dövlət sektorunda, 23,4 faizi yəni 1156,8 nəfəri isə dövlət sektorunda məşğul olmuşlar.