9.1.2. Sərnişin və yük daşımalarının həcmi, nəqliyyat növləri üzrə bölgüdə
2010-2019-cu illər
ərzində nəqliyyat sektorunda sərnişin daşımalarının həcmi hər il ardıcıl olaraq
artsa da, 2020-ci ildə bu göstərici 2019-cu illə müqayisədə 42,7 faiz azalmışdır.
2022-ci ildə nəqliyyat sektorunda sərnişin daşımalarının həcminin əvvəlki ilə
nəzərən 33,5 faiz artmasına baxmayaraq, pandemiyaya-qədərki dövrlə (2019-cu il)
müqayisədə 21,2 faiz aşağı olmuşdur.