Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 1. Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
.jpg)
1990-cı ildən
bəri, kəskin yoxsulluq səviyyəsi yarıdan çox azaldılmışdır. Bu nailiyyət diqqətəlayiq
olsa da, inkişaf etməkdə olan bölgələrdə hələ də, hər beş nəfərdən biri gündəlik
1,25 ABŞ dollarından az gəlirlə yaşayır və milyonlarla insanın gündəlik gəliri
bu məbləğdən cüzi dərəcədə yüksəkdir. Üstəlik, bir çox insanlar yenidən
yoxsulluğa düçar olma riski ilə üzləşir. Hazırda 836 milyon insan hələ də
kəskin yoxsulluq həddində yaşayır. İnkişaf etməkdə olan ölkələrdə təxminən
hər 5 nəfərdən biri günə 1,25 ABŞ dollarından az qazancla yaşayır. Dünyada
beş yaşadək hər dörd uşaqdan birinin boyu öz yaşına görə
qeyri-adekvatdır. Qeyri-stabil vəziyyətdə olan və münaqişələrdən əziyyət çəkən
kiçik ölkələrdə yüksək yoxsulluq səviyyəsibə daha çox rast gəlinir. 2014-cü
ildə hər gün 42 min insan münaqişələrlə bağlı olaraq, sığınacaq axtarmaq üçün
evlərini tərk etmək məcburiyyətində qalmışdır.Yoxsulluq sadəcə yaşayış vasitələrinin
dayanıqlılığını təmin etmək üçün lazım olan gəlir və resursların
çatışmazlığından ibarət deyil. O, aclıq və zəif qidalanma, təhsilə və digər əsas
xidmətlərə çıxış imkanının məhdud olması, sosial ayrı-seçkilik və təcridolunma,
eləcə də qərarların qəbul edilməsində iştirakın olmaması formalarında təzahür
edir. Dayanıqlı iş yerlərinin və bərabərliyin təşviq edilməsini təmin etmək
üçün iqtisadi inkişaf inklüziv xarakter daşımalıdır.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/poverty/