Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 10. Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Beynəlxalq ictimaiyyət insanları yoxsulluqdan xilas etmək üçün ciddi addımlar atmışdır. Ən həssas ölkələr - ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri - yoxsulluğun azaldılması istiqamətində irəliləyişlər əldə etməkdə davam edirlər. Ancaq bərabərsizlik hələ də davam edir, səhiyyə və təhsil xidmətlərinə və digər aktivlərə çıxışlarda böyük fərqlər qalır. Bundan əlavə, ölkələr arasında gəlirlərin bərabərsizliyi azalmış ola bilər, lakin ölkələr daxilindəki bərabərsizlik artmışdır. İqtisadi inkişafın inklüziv olmadığı və dayanıqlı inkişafın üç aspektini - iqtisadi, sosial və ətraf mühit aspektlərini özündə birləşdirmədiyi təqdirdə yoxsulluğun azaldılması üçün yetərli olmadığına dair konsensus getdikcə güclənir.
Bərabərsizliyi azaltmaq üçün əlverişsiz vəziyyətdə olan və təcrid olunmuş icmaların ehtiyaclarına diqqət yetirilməsi baxımından siyasətlər prinsip etibarilə universal olmaldıır.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/inequality/