Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 11. Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək
Şəhərlər ideyalar, ticarət, mədəniyyət, elm, məhsuldarlıq, sosial inkişaf və s. üçün mərkəzlərdir. Ən yaxşı halda, şəhərlər insanlara sosial və iqtisadi cəhətdən inkişaf etməyə imkan verir. Bununla belə, torpaqlara təzyiq göstərmədən yeni iş imkanları və rifah yaratmağa davam etməklə şəhərlərin qorunmasında bir çox çətinliklər var. Şəhərlərdə ən çox rast gəlinən problemlərə əhali sıxlığı, əsas xidmətlərin göstərilməsi üçün vəsait çatışmazlığı, adekvat mənzil təminatının çatışmazlığı və azalan infrastruktur daxildir. Şəhərlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün resurslardan istifadənin təkmilləşdirilməsi, çirklənmənin və yoxsulluğun azaldılması ilə yanaşı, onların inkişaf etməsinə və böyüməsinə imkan verən üsullardan istifadə oluna bilər. Hamı üçün imkanlar yaradan, o cümlədən əsas xidmətlərə, enerjiyə, mənzil təminatına, nəqliyyata və digər imkanlara çıxış yaradan şəhərlər arzu etdiyimiz gələcəyin bir parçasıdır.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/cities/
-
11.1. 2030-cu ilədək, hamı üçün tələblərə cavab verən, təhlükəsiz və əlçatan mənzil təchizatına və əsas xidmətlərə çıxış imkanını təmin etmək və ağır şəraitdə olan yaşayış məntəqələrini müasirləşdirmək.
-
11.2. 2030-cu ilədək, yol təhlükəsizliyini təmin edərək, xüsusən də çətin vəziyyətlərdə olan insanlara, qadınlara, uşaqlara, əlil və yaşlılara xüsusi diqqət yetirməklə ictimai nəqliyyatı genişləndirərək hamı üçün təhlükəsiz, münasib, əlçatan və dayanıqlı nəqliyyat sistemlərini təmin etmək.
-
11.3. 2030-cu ilədək, bütün ölkələrdə inklüziv və dayanıqlı urbanizasiya və birgə, vahid və dayanıqlı şəkildə yaşayış məntəqələrini planlaşdırma və idarəetmə üçün potensialı artırmaq.
-
11.4. Dünyada mədəni və təbii irsi qorumaq və mühafizə etmək üçün səyləri gücləndirmək.
-
11.5. 2030-cu ilədək, yoxsul və çətin vəziyyətlərdə olan insanlara diqqət yetirməklə, su ilə bağlı fəlakətlər də daxil olmaqla fəlakətlər nəticəsində ölüm hallarının və onun təsirinə məruz qalanların sayını xeyli azaltmaq və qlobal ümumi daxili məhsula nisbətdə birbaşa iqtisadi itkiləri əhəmiyyətli dərəcədə azaltmaq.
-
11.6. 2030-cu ilədək, havanın keyfiyyətinə və bələdiyyə və digər tullantıların idarə olunmasına xüsusi diqqət yetirməklə şəhərlərdə adambaşına düşən mənfi ekoloji təsiri azaltmaq.
-
11.7. 2030-cu ilədək, dünyada, xüsusən də qadınlar və uşaqlar, yaşlı qadınlar və əlil insanlar üçün təhlükəsiz, inklüziv və əlçatan, yaşıl və ictimai məkanlara çıxış imkanını təmin etmək.
-
11.a. Milli və regional səviyyələrdə inkişafın planlaşdırılmasını gücləndirməklə şəhər, qəsəbə və kənd əraziləri arasında müsbət iqtisadi, sosial və ətraf mühitlə bağlı əlaqələrə dəstək göstərmək.
-
11.b. 2020-ci ilədək, əhatəlilik, resurslardan səmərəli istifadə, iqlim dəyişikliyinin fəsadlarının yüngülləşdirilməsi və uyğunlaşma, fəlakətlərə qarşı dayanıqlıq istiqamətində vahid siyasətlər və planlar qəbul edən və həyata keçirən şəhərlərin və yaşayış məntəqələrinin sayını əhəmiyyətli şəkildə artırmaq və 2015 – 2030-cu illər üçün Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivəsinə uyğun olaraq, bütün səviyyələrdə vahid fəlakət risk idarəçiliyinin işlənib hazırlanması və həyata keçirilməsi.
-
11.c. Digər vasitələrlə yanaşı maliyyə və texniki yardım vasitəsilə, yerli materiallardan istifadə olunaraq dayanıqlı və möhkəm binaların inşasında ən zəif inkişaf etmiş ölkələrə dəstək göstərmək.
-
11.1.1 Gecəqondularda, qanunsuz məskunlaşma yerlərində və ya qeyri-qənaətbəxş mənzil şəraitində yaşayan şəhər əhalisinin xüsusi çəkisi
-
11.2.1 İctimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə
-
11.3.1 Tikilərək istifadəyə verilmiş yaşayış evlərinin sahəsinin artım tempinin əhalinin artım tempinə nisbəti
-
11.3.2 Şəhərsalmanın planlaşdırılmasında və şəhər təsərrüfatının idarə edilməsində vətəndaş cəmiyyətinin birbaşa iştirakını təmin edən müntəzəm və demokratik əsasla fəaliyyət göstərən strukturlara malik şəhərlərin xüsusi çəkisi
-
11.4.1 Bütün mədəni və təbii irsin qorunması və mühafizəsinə çəkilən xərclərin əhalinin hər nəfərinə düşən ümumi məbləği, maliyyə mənbələri (dövlət, özəl), irs növləri (mədəni, təbii) və idarəetmənin səviyyəsi (milli, regional və yerli/bələdiyyə) üzrə bölgüdə
-
11.5.1 Fəlakətlər nəticəsində həlak olmuş, itkin düşmüş və birbaşa zərər çəkmiş şəxslərin əhalinin hər 100 000 nəfərinə düşən sayı
-
11.5.2 Fəlakət nəticəsində yaranmış birbaşa iqtisadi itkilərin dünya ÜDM-ə faiz nisbəti
-
11.5.3 Fəlakətlər nəticəsində a) infrastrukturun mühüm obyektlərinə dəymiş zərər və b) əsas xidmətlərin işində dayanmaların sayı
-
11.6.1 Müntəzəm olaraq toplanılan və tələb olunan qaydada ləğv edilən bərk məişət tullantılarının şəhər tullantılarının ümumi kütləsində payı, şəhərlər üzrə bölgüdə
-
11.6.2 Şəhərlərin atmosferində mövcud olan kiçik bərk hissəciklərin (məsələn, PM2.5 və PM10 növləri) orta illik səviyyəsi (əhalinin sayına uyğun hesablanmış)
-
11.7.1 Hamı üçün istifadəsi əlçatan olan ictimai yerlərə aid edilən abadlaşdırılmış şəhər ərazilərinin orta çəkisi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə
-
11.7.2 Son 12 ay ərzində fiziki və ya cinsi təcavüz qurbanı olmuş şəxslərin xüsusi çəkisi, cins, yaş, əlillik əlaməti və baş vermə yeri üzrə bölgüdə
-
11.a.1 a) əhali dinamikasını qarşılayan; b) ərazilərin tarazlı inkişafını təmin edən; və c) yerli fiskal dairəni genişləndirən milli şəhər siyasətləri və ya regionların inkişafı planları olan ölkələrin sayı
-
11.b.1 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivə Proqramına uyğun fəlakət riskinin azaldılmasına dair milli strategiyaları qəbul etmiş və həyata keçirən ölkələrin sayı
-
11.b.2 Fəlakət riskinin azaldılmasına dair milli strategiyalara uyğun fəlakət riskinin azaldılması üzrə yerli strategiyaları qəbul etmiş və həyata keçirən yerli hakimiyyət orqanlarının xüsusi çəkisi