Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 12. İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək
Dayanıqlı istehlak və istehsal resurs və enerji səmərəliliyinin, dayanıqlı infrastrukturun təşviqi və əsas xidmətlərə, “yaşıl” və layiqli işlərə çıxış imkanı və hər kəs üçün daha yaxşı həyat keyfiyyətinə nail olunmasıdır. Onun həyata keçirilməsi ümumi inkişaf planlarına nail olmağa, gələcək iqtisadi, ekoloji və sosial xərcləri azaltmağa, iqtisadi rəqabətliliyi gücləndirməyə və yoxsulluğun azaldılmasına kömək edir. Dayanıqlı istehlak və istehsalın məqsədi həyat keyfiyyətinin artırılması fonunda, resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunmuş rifah dərəcəsini artıraraq "daha az resursla daha çox şeyə daha yaxşı şəkildə nail olmaq"dır. Bu, müxtəlif maraqlı tərəfləri, o cümlədən iş adamları, istehlakçılar, siyasətçilər, tədqiqatçılar, alimlər, pərakəndə satıcılar, KİV və inkişaf sahəsində əməkdaşlıq edən qurumlar və başqalarını əhatə edir. İstehsalçıdan son istehlakçıya qədər tədarük zəncirində fəaliyyət göstərən iştirakçılar arasında sistemli yanaşma və əməkdaşlıq da tələb olunur. Buna istehlakçıların dayanıqlı istehlak və həyat tərzləri ilə bağlı maarifləndirilmə tədbirlərinə və təlimə cəlb olunmaları, istehlakçıların standartlar və etiketlərlə bağlı müvafiq məlumatlarla təmin edilməsi və dövlət satınalmalarının dayanıqlı şəkildə həyata keçirilməsi daxildir.
Mənbə: BMT, http://www.un.org/sustainabledevelopment/sustainable-consumption-production/
-
12.1. Bütün ölkələr tərəfindən tədbirlər görülərək, inkişaf etmiş ölkələr tərəfindən aparıcı mövqe tutulmaqla, inkişaf etməkdə olan ölkələrin inkişaf və imkanları nəzərə alınaraq, dayanıqlı istehlak və istehsal üzrə 10-illik proqramlar çərçivəsini həyata keçirmək.
-
12.2. 2030-cu ilədək, təbii resursların dayanıqlı şəkildə idarə olunmasına və onlardan səmərəli istifadəyə nail olmaq.
-
12.3. 2030-cu ilədək, pərakəndə satış və istehlakçı səviyyələrində adambaşına düşən qlobal ərzaq tullantılarını yarıya qədər azaltmaq və məhsul yığımından sonrakı itkilər də daxil olmaqla, istehsal və təchizat şəbəkələri boyu ərzaq itkilərini azaltmaq.
-
12.4. 2020-ci ilədək, razılaşdırılmış beynəlxalq çərçivələrə uyğun olaraq, mövcud olduqları müddət boyu kimyəvi maddələrin və bütün tullantıların ekoloji baxımdan düzgün idarəçiliynə nail olmaq və onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin minimuma endirmək məqsədilə havaya, suya və torpağa buraxılması hallarını əhəmiyyətli şəkildə azaltmaq.
-
12.5. 2030-cu ilədək, qarşısını alma, azaltma, təkrar emal və təkrar istifadə yolu ilə tullantıların hasil olunmasını əhəmiyyətli dərəcədə azaltmaq.
-
12.6. Şirkətləri, xüsusən də iri və transmilli şirkətləri dayanıqlı təcrübələri qəbul etməyə və dayanıqlılıqla bağlı məlumatları onların hesabat vermə prosesinə daxil etməyə həvəsləndirmək.
-
12.7.Milli siyasətlərə və prioritetlərə uyğun olaraq, dayanıqlı dövlət tədarük təcrübələrini təşviq etmək.
-
12.8. 2030-cu ilədək, insanların hər yerdə dayanıqlı inkişaf və təbiətə uyğun yaşayış tərzləri üçün müvafiq informasiya və məlumatlara malik olmasını təmin etmək.
-
12.a. İnkişaf etməkdə olan ölkələrdə daha dayanıqlı istehlak və istehsal modellərinə doğru irəliləmək üçün öz elmi və texniki potensiallarını gücləndirməkdə dəstək göstərmək.
-
12.b. İş yerləri yaradan və yerli mədəniyyəti və məhsulları təşviq edən dayanıqlı turizm üçün dayanıqlı inkişafın təsirlərinə nəzarət etmə alətlərini işləyib hazırlamaq və tətbiq etmək.
-
12.c. Milli şəraitlərə uyğun olaraq, bazardakı yanlışlıqları aradan qaldırmaqla, o cümlədən vergi qoyma strukturunu yenidən təşkil etməklə və mövcud olduğu halda, onların ətraf mühitə təsirlərinin qarşısını almaq üçün həmin zərərli subsidiyaları tədricən aradan qaldırmaqla, inkişaf etməkdə olan ölkələrin xüsusi ehtiyaclarını və şəraitlərini tam şəkildə nəzərə alaraq və onların inkişafına mümkün mənfi təsirləri yoxsulları və təsirə məruz qalan icmaları qoruyan tərzdə minimuma endirərək israfçı istehlaka şərait yaradan qeyri-səmərəli mədən yanacaq subsidiyalarını səmərəliləşdirmək.
-
12.1.1 Dayanıqlı istehlak və istehsala keçidin dəstəklənməsinə yönəlmiş siyasi alətləri hazırlayan, qəbul edən və ya tətbiq edən ölkələrin sayı
-
12.2.1 Resurs istehlakı, hər nəfərə düşən resurs istehlakı və ÜDM vahidinə düşən resurs istehlakı
-
12.2.2 Daxili resurs sərfiyyatı, hər nəfərə düşən daxili resurs sərfiyyatı və ÜDM vahidinə düşən daxili resurs sərfiyyatı
-
12.3.1 a) Qida itkiləri indeksi və b) qida tullantıları indeksi
-
12.4.1 İnformasiyanın ötürülməsi üzrə hər bir müvafiq sazişin tələblərinə uyğun olaraq öz öhdəlik və vəzifələrini yerinə yetirən təhlükəli tullantılar və digər kimyəvi maddələr üzrə beynəlxalq çoxtərəfli ekoloji sazişlərin tərəflərinin sayı
-
12.4.2 a) Əhalinin hər nəfərinə düşən təhlükəli tullantıların yaranması və b) emal edilən təhlükəli tullantıların xüsusi çəkisi, emalın növü üzrə bölgüdə
-
12.5.1 Tullantıların təkrar emalının milli səviyyəsi, utilizasiya olunmuş materialların tonla çəkisi
-
12.6.1 Dayanıqlı inkişaf barədə hesabatlar dərc etdirən şirkətlərin sayı
-
12.7.1 Dayanıqlı dövlət satınalmaları siyasətlərinin və tədbirlər planının həyata keçirilməsi səviyyəsi
-
12.8.1 a) təhsil sahəsində milli siyasətdə; b) tədris proqramlarında (kurikulumlarda); c) müəllimlərin hazırlanması proqramlarında və d) şagirdlərin attestasiyası sistemində i) dünya vətəndaşlığı ruhunda tərbiyənin və ii) dayanıqlı inkişaf üçün təhsilin təşviqi dərəcəsi
-
12.a.1 İnkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji daşıyıcıları əsasında işləyən generasiya
qurğularının istehsal gücü (adambaşına)
-
12.b.1 Turizmin dayanıqlığının iqtisadi və ətraf mühit aspektlərinin qiymətləndirilməsi üçün standart hesabatlılıq alətlərinin tətbiqi
-
12.c.1 Mədən yanacaqlarına ayrılan subsidiyaların məbləğınin ÜDM-ə faiz nisbəti (istehsal və istehlak)