Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 13. İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək



İqlim dəyişikliyi hər bir qitədəki hər bir ölkəyə təsir edir. Bu, milli iqtisadiyyatları pozur və həyatlara təsir edir, insanlar, cəmiyyətlər və ölkələrə bu gün və hətta gələcəkdə  baha başa gəlir. İnsanlar iqlim dəyişikliyinin, o cümlədən dəyişən hava şəraitinin, dəniz səviyyəsinin qalxmasının və daha ekstremal hava hadisələrininin təsirlərinə məruz qalırlar. İnsan fəaliyyəti nəticəsində yaranan “istixana” effekti yaradan qazların emissiyaları iqlim dəyişikliyinə təkan verir və artmağa davam edir. İndi onlar tarixdəki ən yüksək səviyyəyə çatmışdır. Heç bir tədbir görülməzsə, dünyanın orta səth temperaturunun 21-ci əsrdə yüksələcəyi proqnoz olunur və bu əsr 3 dərəcə Selsi artacağı ehtimal olunur, dünyanın bəzi ərazilərinin daha çox  istiləşəcəyi gözlənilir. Ən zəif və ən həssas insanlar ən çox təsirə məruz qalırlar. Ölkələrin daha təmiz, daha möhkəm iqtisadiyyata keçməsini təmin etmək üçün  əlçatan, miqyası tənzimlənə bilən tədbirlər artıq mövcuddur. Dəyişikliyin tempi sürətlənir, çünki daha çox insan alternativ və bərpa olunan enerji mənbələrinə  və bir sıra digər tədbirlərə yönəlir  ki, bu da emissiyaların azalmasına və uyğunlaşma səylərinin artmasına səbəb olacaqdır. Amma iqlim dəyişikliyi milli sərhədlərə məhəl qoymayan qlobal problemdir. İstənilən yerdə baş verən emissiyalar hər yerdə insanlara təsir göstərir. Bu, beynəlxalq səviyyədə koordinasiya edilməli olan həllər tələb edən bir məsələdir və inkişaf etməkdə olan ölkələrin aşağı karbonlu iqtisadiyyata doğru keçid etməsinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq tələb edir. İqlim dəyişikliyini həll etmək üçün ölkələr 2015-ci il dekabrın 12-də Parisdə Tərəflərin 21-ci Konfransında Paris Sazişini qəbul ediblər. Saziş qısa müddət sonra, 2016-cı ilin 4 noyabr tarixində qüvvəyə mindi. Müqavilədə bütün ölkələr qlobal temperaturun artım  səviyyəsini 2 dərəcə Selsidən aşağıda məhdudlaşdırmağa razılaşdılar və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin1.5 dərəcə Selsi olması üçün mübarizə aparırlar. Buradan Saziş haqqında daha çox məlumat əldə edə bilərsiniz.


Mənbə: BMT,  www.un.org/sustainabledevelopment/climate-change-2/  


  • 13.1. Bütün ölkələrdə iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə qarşı dayanıqlığı və uyğunlaşma potensialını gücləndirmək.
  • 13.2. İqlim dəyişikliyi ilə bağlı tədbirləri milli siyasətlərə, strategiyalara və planlaşdırmaya daxil etmək.
  • 13.3. İqlim dəyişikliyinin fəsadlarının yüngülləşdirilməsi, uyğunlaşma, təsirin azaldılması və erkən xəbərdarlıq üzrə təhsil, maarifləndirmə və insan və təşkilati potensialı artırmaq.
  • 13.a. Əhəmiyyətli yüngülləşdirmə tədbirləri və icra üzərində şəffaflıq baxımından inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin etmək və mümkün qədər qısa müddətdə tətbiqetmə yolu ilə Yaşıl İqlim Fondunu tam şəkildə işə salmaq üçün bütün mənbələrdən, 2020-ci ilədək, hər il ümumilikdə 100 milyard ABŞ dolları məbləğdə vəsait toplamaq məqsədi üçün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçısı olan inkişaf etmiş ölkələrin üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmək.
  • 13.b. Qadınlara, gənclərə və yerli və təcrid olunmuş icmalara diqqət yetirməklə, ən zəif inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyi ilə bağlı effektiv planlaşdırma və idarəçilik üzrə potensialın artırılması mexanizmlərini təşviq etmək.
  • 13.1.1 Fəlakətlər nəticəsində həlak olmuş, itkin düşmüş və birbaşa zərər çəkmiş şəxslərin əhalinin hər 100 000 nəfərinə düşən sayı
  • 13.1.2 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivə Proqramına uyğun fəlakət riskinin azaldılmasına dair milli strategiyaları qəbul etmiş və həyata keçirən ölkələrin sayı
  • 13.1.3 Fəlakət riskinin azaldılmasına dair milli strategiyalara uyğun fəlakət riskinin azaldılması üzrə yerli strategiyaları qəbul etmiş və həyata keçirən yerli hakimiyyət orqanlarının xüsusi çəkisi
  • 13.2.1 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının katibliyinə təqdim edilmiş adaptasiya üzrə əlaqə məlumatları və milli əlaqə məlumatlarında bildirildiyi qaydada milli səviyyədə müəyyən edilmiş töhfələri, uzunmüddətli strategiyaları, milli adaptasiya planları və strategiyaları olan ölkələrin sayı
  • 13.2.2 İstixana qazlarının ümumi illik emissiyaları
  • 13.3.1 a) təhsil sahəsində milli siyasətdə; b) tədris proqramlarında (kurikulumlarda); c) müəllimlərin hazırlanması proqramlarında və d) şagirdlərin attestasiyası sistemində i) dünya vətəndaşlığı ruhunda tərbiyənin və ii) dayanıqlı inkişaf üçün təhsilin təşviqi dərəcəsi
  • 13.a.1 2025-ci ilədək 100 milyard ABŞ dollarının kollektiv səfərbər edilməsi məqsədi ilə mövcud olan davamlı öhdəliyə uyğun olaraq hər il təmin edilən və səfərbər olunan vəsaitlərin ABŞ dolları ilə məbləği
  • 13.b.1 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının katibliyinə təqdim edilmiş Adaptasiya üzrə əlaqə məlumatları və milli əlaqə məlumatlarında bildirildiyi qaydada milli səviyyədə müəyyən edilmiş töhfələri, uzunmüddətli strategiyaları, milli adaptasiya planları və strategiyaları olan inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sayı