Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 14. Dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək
Okeanlar, onların temperaturu, kimyəvi xüsusiyyətləri, cərəyanları və onlarda mövcud olan həyat Yer kürəsini bəşəriyyətin yaşaması üçün əlverişli edən qlobal sistemlərI formalaşdırır. Bizim yağış suları, içməli sular, hava, iqlim, sahillər, ərzaqlarımızın çoxu, hətta havadakı nəfəs aldığımız oksigen də nəticə etibarı ilə dəniz tərəfindən təmin edilir və tənzimlənir. Tarix boyunca okeanlar və dənizlər ticarət və daşınma üçün mühüm kanallar olmuşdur. Bu mühüm qlobal resursun diqqətlə idarə olunması, dayanıqlı gələcəyin əsas xüsusiyyətlərindən biridir.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/oceans/