Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 15. Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq



Okeanlar, onların temperaturu, kimyəvi xüsusiyyətləri, cərəyanları və onlarda mövcud olan həyat Yer kürəsini bəşəriyyətin yaşaması üçün əlverişli edən qlobal sistemlərI formalaşdırır. Bizim yağış suları, içməli sular, hava, iqlim, sahillər, ərzaqlarımızın çoxu, hətta havadakı nəfəs aldığımız oksigen də nəticə etibarı ilə dəniz tərəfindən təmin edilir və tənzimlənir. Tarix boyunca okeanlar və dənizlər ticarət və daşınma üçün mühüm kanallar olmuşdur. Bu mühüm qlobal resursun diqqətlə idarə olunması, dayanıqlı  gələcəyin əsas xüsusiyyətlərindən biridir.

 

Mənbə: BMT, www.un.org/sustainabledevelopment/oceans/



  • 15.1. 2020-ci ilədək, beynəlxalq sazişlər əsasında öhdəliklərə uyğun olaraq, yer və daxili təmiz su ekosistemlərinin və onların xidmətlərinin, xüsusən də meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunmasını, bərpasını və onlardan dayanıqlı istifadəni təmin etmək.
  • 15.2. 2020-ci ilədək, bütün növlərdə meşələrin dayanıqlı idarəçiliyinin tətbiqini təşviq etmək, meşələrin qırılmasının qarşısını almaq, məhv edilmiş meşələri bərpa etmək və bütün dünyada meşəsalma və meşələrin bərpasını əhəmiyyətli dərəcədə artırmaq.
  • 15.3. 2030-cu ilədək, səhralaşma ilə mübarizə aparmaq, korlanmış sahə və torpaqları, o cümlədən səhralaşmaya, quraqlığa və daşqınlara məruz qalmış sahələri bərpa etmək və torpaq korlanmasına qarşı neytral dünyaya nail olmağa çalışmaq.
  • 15.4. 2030-cu ilədək, dayanıqlı inkişaf üçün əsas olan faydalar gətirmə potensialını artırmaq məqsədilə, dağ ekosistemlərinin, o cümlədən onların biomüxtəlifliyinin qorunmasını təmin etmək.
  • 15.5. Təbii mühitlərin korlanmasını azaltmaq üçün təxirəsalınmaz və əhəmiyyətli tədbirlər görmək, biomüxtəlifliyi azaltmaq və 2020-ci ilədək, tükənməkdə olan növlərin kökünün kəsilməsinə qarşı qorumaq və bunun qarşısını almaq.
  • 15.6. Genetik resursların istifadəsindən yaranan faydaların ədalətli və bərabər şəkildə bölüşülməsini təmin etmək və belə resurslara müvafiq çıxış imkanını təşviq etmək.
  • 15.7. Qorunan flora və fauna növlərinin qanunsuz ov edilməsinə və ticarətinə son qoymaq üçün təxirəsalınmaz tədbirlər görmək və qanunsuz canlı təbiət məhsullarına tələb və təklifə diqqət yetirmək.
  • 15.8. 2020-ci ilədək, torpaq və su ekosistemlərində zərərli kənar növlərin təsirinin qarşısını almaq və bu təsiri əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görmək və prioritet növlərə nəzarət etmək və ya onları aradan qaldırmaq.
  • 15.9. 2020-ci ilədək, ekosistem və biomüxtəliflik dəyərlərini milli və yerli planlaşdırmaya, inkişaf proseslərinə, yoxsulluğun azaldılması strategiyalarına və hesabatlarına daxil etmək.
  • 15.a. Biomüxtəlifliyi və ekosistemləri qorumaq və onlardan dayanıqlı şəkildə istifadə etmək üçün bütün mənbələrdən maliyyə vəsaitləri toplamaq və onları əhəmiyyətli dərəcədə artırmaq.
  • 15.b. Dayanıqlı meşə idarəçiliyini maliyyələşdirmək və inkişaf etməkdə olan ölkələri belə idarəçiliyi, o cümlədən qoruma və meşəsalma işini inkişaf etdirməyə lazımi şəkildə yönləndirmək üçün bütün mənbələrdən və bütün səviyyələrdə əhəmiyyətli dərəcədə vəsait toplamaq.
  • 15.c. Digər vasitələrlə yanaşı yerli icmaların dayanıqlı qazanc imkanları axtarmaq potensialını artırmaqla, qorunan növlərin qanunsuz ov edilməsi və ticarəti ilə mübarizə səylərinə qlobal dəstəyi artırmaq.
  • 15.1.1 Meşə sahəsinin ümumi torpaq sahəsində xüsusi çəkisi
  • 15.1.2 Quruda və şirin suda biomüxtəliflik baxımından mühüm olan mühafizə edilən sahələrin xüsusi çəkisi, ekosistemlər üzrə bölgüdə
  • 15.2.1 Meşələrin dayanıqlı idarəedilməsində irəliləyiş
  • 15.3.1 Deqradasiyaya məruz qalmış torpaq sahələrinin ümumi torpaq sahəsində xüsusi çəkisi
  • 15.4.1 Biomüxtəliflik baxımından mühüm olan və qorunan dağ ərazilərinin xüsusi çəkisi
  • 15.4.2 Dağların bitki örtüyü indeksi
  • 15.5.1 Qırmızı siyahı indeksi
  • 15.6.1 Nemətlərin ədalətli və bərabər bölüşdürülməsini təmin edən qanunverici, inzibati və siyasi çərçivələri təsdiq etmiş ölkələrin sayı
  • 15.7.1 Ticarəti aparılan vəhşi heyvanlar arasında brakonyerlik və ya qeyri-qanuni dövriyyə obyekti olan heyvanların xüsusi çəkisi
  • 15.8.1 İnvaziv yad növlərin qarşısının alınması və ya nəzarəti üçün müvafiq milli qanunvericiliyi qəbul edən və kifayət qədər vəsait ayıran ölkələrin xüsusi çəkisi
  • 15.9.1 a) 2011-2020-ci illərdə Biomüxtəliflik üzrə Strateji Planının Biomüxtəlifliyə dair Aytin 2-ci hədəfinə uyğun və ya oxşar olaraq biomüxtəlifliyə dair milli strategiya və tədbirlər planlarında milli hədəfləri müəyyən etmiş ölkələrin sayı və bu hədəflərə nail olunmasında irəliləyiş və b) Ətraf mühit - İqtisadi Hesabatlıq Sisteminin tətbiqi kimi müəyyən olunan biomüxtəlifliyin milli hesablar və hesabatlıq sistemlərinə inteqrasiyası
  • 15.a.1 a) Biomüxtəlifliyin konservasiyası və dayanıqlı istifadəsinə yönəlmiş inkişaf üçün rəsmi yardım və b) biomüxtəlifliklə əlaqəli iqtisadi alətlərdən əldə edilən gəlir və səfərbər olunan maliyyə vəsaiti
  • 15.b.1 a) Biomüxtəlifliyin konservasiyası və dayanıqlı istifadəsinə yönəlmiş inkişaf üçün rəsmi yardım və b) biomüxtəlifliklə əlaqəli iqtisadi alətlərdən əldə edilən gəlir və səfərbər olunan maliyyə vəsaiti
  • 15.c.1 Ticarəti aparılan vəhşi heyvanlar arasında brakonyerlik və ya qeyri-qanuni dövriyyə obyekti olan heyvanların xüsusi çəkisi