Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 16. Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.



Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədi dayanıqlı inkişaf üçün sülh və inklüziv cəmiyyətlərin təşviqinə, hamı üçün ədalətə çıxışın təmin edilməsinə və bütün səviyyələrdə effektiv, məsuliyyətli təşkilatların yaradılmasına həsr olunub.



  • 16.1. Hər yerdə bütün formalarda zorakılığı və bununla bağlı ölüm səviyyələrini əhəmiyyətli dərəcədə azaltmaq.
  • 16.10. Milli qanunvericiliyə və beynəlxalq sazişlərə uyğun olaraq, informasiyaya açıq çıxış imkanını təmin etmək və əsas azadlıqları qorumaq.
  • 16.2. Uşaqlarla pis rəftar, onların istismarı, alveri və onlara qarşı bütün formalarda zorakılığa və işgəncələrə son qoymaq.
  • 16.3.Milli və beynəlxalq səviyyələrdə qanunun aliliyini təşviq etmək və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanını təmin etmək.
  • 16.4. 2030-cu ilədək, qanunsuz maliyyə və silah axınlarını azaltmaq, oğurlanmış vəsaitlərin qaytarılması aşkarlanması və qaytarılması işini gücləndirmək və mütəşəkkil cinayətkarlığın bütün formaları ilə mübarizə aparmaq.
  • 16.5. Bütün formalarda korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaltmaq.
  • 16.6. Bütün səviyyələrdə effektiv, məsuliyyətli və şəffaf təşkilatlar yaratmaq.
  • 16.7. Bütün səviyyələrdə məsuliyyətli, inklüziv, birgə və təmsilçiliyə əsaslanan (nümunəvi) qərar qəbul etməni təmin etmək.
  • 16.8. Qlobal idarəçilik institutlarında inkişaf etməkdə olan ölkələrin iştirakını genişləndirmək və gücləndirmək.
  • 16.9. 2030-cu ilədək, hamı üçün, doğum qeydiyyatı da daxil olmaqla, şəxsiyyətin qanuni şəkildə müəyyənləşdirilməsini təmin etmək.
  • 16.a. Bütün səviyyələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə zorakılığın qarşısını almaq və terrorçuluqla və cinayətkarlıqla mübarizə aparmaq potensialını inkişaf etdirmək üçün digər vasitələrlə yanaşı beynəlxalq əməkdaşlıq yolu ilə müvafiq milli institutları gücləndirmək.
  • 16.b. Dayanıqlı inkişaf üçün ayrı-seçkiliyə yol verilməyən qanunları və siyasətləri təşviq etmək və tətbiq etmək.
  • 16.1.1 Əhalinin hər 100 000 nəfərinə düşən qəsdən adam öldürmə qurbanlarının sayı, cins və yaş üzrə bölgüdə
  • 16.1.2 Əhalinin hər 100 000 nəfərə düşən münaqişə ilə bağlı ölümlər, cins, yaş və səbəb üzrə bölgüdə
  • 16.1.3 Son 12 ay ərzində a) fiziki zorakılığa, b) psixoloji zorakılığa və c) cinsi zorakılığa məruz qalmış əhalinin xüsusi çəkisi
  • 16.1.4 Hava qaraldıqdan sonra yaşadıqları ərazidə təkbaşına gəzərkən özünü təhlükəsiz hiss edən əhalinin xüsusi çəkisi
  • 16.2.1 Son bir ayda qəyyumlar tərəfindən hər hansı fiziki cəza və (və ya) psixoloji təcavüzə məruz qalmış 1-17 yaşda olan uşaqların xüsusi çəkisi
  • 16.2.2 Əhalinin hər 100 000 nəfərinə düşən insan alveri qurbanlarının sayı, cins, yaş və istismar formaları üzrə bölgüdə
  • 16.2.3 18 yaşınadək cinsi təcavüzə məruz qalmış 18-29 yaşda olan gənc qadın və kişilərin xüsusi çəkisi
  • 16.3.1 Son 12 ay ərzində səlahiyyətli orqanlara, yaxud münaqişələrin həlli sahəsində rəsmi tanınan digər qurumlara və ya şəxslərə zorakılığa məruz qalmaları barədə məlumat vermiş zorakılıq qurbanlarının xüsusi çəkisi
  • 16.3.2 Hökm çıxarılmadan saxlanılan şəxslərin həbsdə olan şəxslərin ümumi sayında xüsusi çəkisi
  • 16.3.3 Keçmiş iki il ərzində mübahisə yaşamış və mübahisələrin həlli üçün rəsmi və ya qeyri-rəsmi mexanizminə çıxışı əldə etmiş əhalinin xüsusi çəkisi, mexanizmin növü üzrə bölgüdə
  • 16.4.1 Daxil və xaric olan qeyri-qanuni maliyyə axınlarının ümumi həcmi, cari qiymətlərlə, ABŞ dolları ilə
  • 16.4.2 Qeyri-qanuni mənşəyi və ya əldə edilməsi səlahiyyətli orqan tərəfindən beynəlxalq alətlərə uyğun izlənilən və ya müəyyən edilən müsadirə edilmiş, aşkarlanmış və ya təhvil verilmiş silahların xüsusi çəkisi
  • 16.5.1 Son 12 ay ərzində ən azı bir dəfə dövlət vəzifəli şəxslə təmasda olan və ona rüşvət verən və ya həmin dövlət vəzifəli şəxsin rüşvət vermə tələbi ilə qarşılaşmış şəxslərin xüsusi çəkisi
  • 16.5.2 Son 12 ay ərzində ən azı bir dəfə dövlət vəzifəli şəxs ilə təmasda olan və ona rüşvət verən və ya həmin dövlət vəzifəli şəxslərin rüşvət vermə tələbi ilə qarşılaşmış şirkətlərin xüsusi çəkisi
  • 16.6.1 Hökumətin ilkin xərclərinin ilkin təsdiq edilmiş büdcə xərclərində xüsusi çəkisi, sektorlar (büdcə təsnifatının kodları və ya analoji kateqoriyalar üzrə) üzrə bölgüdə
  • 16.6.2 Dövlət xidmətlərindən istifadənin son təcrübəsindən razı qalmış əhalinin xüsusi çəkisi
  • 16.7.1 Milli və yerli dövlət qurumlarında, o cümlədən a) qanunverici, b) dövlət xidməti və c) məhkəmə orqanlarında, vəzifələrin xüsusi çəkisi, milli bölgü ilə müqayisədə, cins, yaş, əlillik əlaməti və əhali qrupları üzrə bölgüdə
  • 16.7.2 Qərarların qəbul edilməsi prosesinin inklyuziv və məsuliyyətli olduğunu hesab edən əhalinin xüsusi çəkisi, cins, yaş, əlillik əlaməti və əhali qrupları üzrə bölgüdə
  • 16.8.1 İnkişaf etməkdə olan ölkələrin beynəlxalq təşkilatların üzvlük tərkibində xüsusi çəkisi və onların səsinin xüsusi çəkisi
  • 16.9.1 Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək olan uşaqların xüsusi çəkisi, yaş üzrə bölgüdə
  • 16.10.1 Son 12 ay ərzində jurnalistlərin, onlarla əlaqədə olan kütləvi informasiya vasitələri nümayəndələrinin, həmkarlar ittifaqı xadimlərinin və hüquq müdafiəçilərinin öldürülməsi, oğurlanması, zorla yox edilməsi, əsassız həbsi və işgəncə verilməsi ilə bağlı təsdiq olunmuş halların sayı
  • 16.10.2 Vətəndaşların informasiyaya çıxışı ilə bağlı qəbul olunmuş və qüvvədə olan konstitusion, qanunverici və/və ya siyasi zəmanətlərin olduğu ölkələrin sayı
  • 16.a.1 İnsan hüquqlarının müdafiəsi üzrə Paris prinsiplərinə uyğun fəaliyyət göstərən müstəqil milli institutların mövcudluğu
  • 16.b.1 Son 12 ay ərzində insan hüquqları sahəsində beynəlxalq hüquqla qadağan edilmiş səbəb əsasında şəxsən özünün ayrı-seçkiliyə və ya təqibə məruz qalması ilə bağlı məlumat verən şəxslərin xüsusi çəkisi