Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 17. Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək.

Dayanıqlı inkişaf gündəliyinin uğurlu icrası üçün hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq tələb olunur. Buraya qlobal, regional, milli və yerli səviyyələrdə, insanları və planeti diqqət mərkəzində saxlayan prinsip və dəyərlər, gələcəyə ortaq baxış və birgə məqsədlər üzərində qurulmuş inklüziv tərəfdaşlıqlar daxildir. Dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün, trilyonlarla dollarlıq özəl resursların transformasiya gücünü səfərbər etmək, yönləndirmək və üzə çıxarmaq üçün təxirəsalınmaz tədbirlər lazımdır. Xüsusilə inkişaf etməkdə olan ölkələrə vacib sektorlara uzunmüddətli investisiyalar, o cümlədən xarici birbaşa investisiyalar lazımdır. Bunlara dayanıqlı enerji, infrastruktur və nəqliyyat, eləcə də informasiya və kommunikasiya texnologiyaları daxildir. Dövlət sektoru dəqiq bir istiqamət təyin etməlidir. İnvestisiyaların cəlb edilməsi və dayanıqlı inkişafı möhkəmləndirmək üçün investisiyalara şərait yaradan  yoxlama və monitorinq çərçivələri, normativ-hüquqi aktlar və güzəşt mexanizmləri yenidən qurulmalıdır. Ali audit təşkilatları və qanunvericilik orqanlarının nəzarət funksiyaları kimi milli nəzarət mexanizmləri gücləndirilməlidir.

Mənbə: BMT, https://www.un.org/sustainabledevelopment/globalpartnerships/


  • 17.1. Vergi və digər gəlirləri toplama ilə bağlı daxili potensialı artırmaq üçün, inkişaf etməkdə olan ölkələrə beynəlxalq dəstək yolu ilə, daxili vəsait toplama işini gücləndirmək.
  • 17.10. Ümumdünya Ticarət Təşkilatı altında, digər vasitələrlə yanaşı onun Doha İnkişaf Proqramı altında sazişlər bağlamaqla ümumi, qaydalara əsaslanan, açıq, ayrı-seçkiliyə yol verilməyən və bərabər çoxtərəfli ticarət sistemini təşviq etmək
  • 17.11. 2020-ci ilədək, xüsusən qlobal ixracatda ən zəif inkişaf etmiş ölkələrin payını iki dəfə artırmaq məqsədilə, inkişaf etməkdə olan ölkələr tərəfindən ixracatı əhəmiyyətli dərəcədə artırmaq.
  • 17.12. Digər vasitələrlə yanaşı, ən zəif inkişaf etmiş ölkələrdən idxallara tətbiq edilə bilən güzəştli mənbə qaydalarının şəffaf və sadə olmasını təmin etməklə, Ümumdünya Ticarət Təşkilatının qərarlarına uyğun olaraq, bütün ən zəif inkişaf etmiş ölkələr üçün davamlı əsaslarla bazara rüsumdan və kvotadan azad çıxış imkanının tətbiqini vaxtında reallaşdırmaq və bazarlara çıxış imkanına şərait yaratma işinə kömək etmək.
  • 17.13. Digər vasitələrlə yanaşı siyasətləri əlaqələndirmə və siyasətləri uyğunlaşdırmaqla qlobal makro-iqtisadi stabillliyi artırmaq.
  • 17.14. Dayanıqlı inkişaf üçün siyasətlərin uyğunluğunu artırmaq.
  • 17.15. Hər bir ölkənin siyasət məkanına və yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişaf üzrə siyasətlər müəyyənləşdirmə və həyata keçirmə işinə hörmətlə yanaşmaq.
  • 17.16. Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa dəstək göstərmək üçün bilik, təcrübə, texnologiya və maliyyə vəsaitlərini səfərbər edən və bölüşən çoxtərəfli tərəfdaşlıqların köməyi ilə, dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı artırmaq.
  • 17.17. Təcrübə və tərəfdaşlıqları maliyyələşdirmə strategiyaları üzərində qurulmaqla, effektiv, dövlət, dövlət – özəl sektor və vətəndaş cəmiyyəti tərəfdaşlıqlarını həvəsləndirmək və təşviq etmək.
  • 17.18. 2020-ci ilədək, gəlir, gender, yaş, irq, etnik mənsubiyyət, köçkün statusu, əlillik, coğrafi yerləşmə və milli şəraitə uyğun olaraq digər səciyyəvi xüsusiyyətlərə görə təfsilatlandırılmış yüksək keyfiyyətli, vaxtlı-vaxtında verilən və etibarlı məlumatların mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrə, o cümlədən ən zəif inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən dövlətlərə potensialın inkişaf etdirilməsində dəstəyi artırmaq.
  • 17.19. 2030-cu ilədək, ümumi daxili məhsula əlavə olaraq dayanıqlı inkişaf üzrə irəliləyişin ölçülərini işləyib hazırlamaq üçün mövcud təşəbbüslərə əsaslanmaq və inkişaf etməkdə olan ölkələrdə statistik məlumat toplama potensialının inkişaf etdirilməsinə dəstək göstərmək.
  • 17.2. İnkişaf etmiş ölkələr tərəfindən inkişafa rəsmi yardım öhdəliklərinin, o cümlədən bir çox inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələr üçün İRY/ÜMG-nin 0.7 %-nə və ən zəif inkişaf etmiş ölkələr üçün İRY/ÜDM-nin 0.15%-0.2%-nə nail olmaq öhdəliyinin tam şəkildə yerinə yetirilməsi; İRY göstərənlər ən zəif inkişaf etmiş ölkələr üçün İRY/ÜMG-nin ən azı 0.20 faizini təmin etməyi hədəf kimi qarşıya qoymaq məsələsini nəzərdən keçirməyə çağırılır.
  • 17.3. Çoxsaylı mənbələrdən inkişaf etməkdə olan ölkələr üçün əlavə maliyyə vəsaitləri toplamaq.
  • 17.4. Borc maliyyələşdirməsinə, müvafiq hallarda borcların azaldılmasına və borcların yenidən təşkilinə şərait yaratmağı məqsəd kimi qarşıya qoyan əlaqələndirilmiş siyasətlər vasitəsilə uzun-müddətli borc dayanıqlığına nail olmaqda inkişaf etməkdə olan ölkələrə yardım etmək və borcla bağlı gərginliyi azaltmaq üçün yüksək borcu olan yoxsul ölkələrin xarici borc probleminə diqqət yetirmək.
  • 17.5. Ən zəif inkişaf etmiş ölkələrə üçün yatırımların təşviqi rejimlərini qəbul etmək və həyata keçirmək.
  • 17.6. Digər vasitələrlə yanaşı mövcud olan mexanizmlər arasında, xüsusən də Birləşmiş Millətlər Təşkilatı səviyyəsində əlaqələndirməni təkmilləşdirməklə və qlobal texnoloji yardım mexanizmləri vasitəsilə, elm, texnologiya və innovasiyalar üzrə Şimal-Cənub, Cənub-Cənub və üçtərəfli regional və beynəlxalq əməkdaşlığı və onlara çıxış imkanını genişləndirmək və qarşılıqlı şəkildə razılaşdrılmış şərtlər altında biliklərin bölüşülməsini artırmaq.
  • 17.7. Qarşılıqlı şəkildə razılaşdırılmaqla, əlverişli şərtlər, o cümlədən güzəştli və imtiyazlı şərtlər altında inkişaf etməkdə olan ölkələrdə ekoloji baxımdan sağlam texnologiyaların inkişaf etdiriməsini, ötürülməsini, yayılmasını və genişləndirilməsini təşviq etmək.
  • 17.8. 2017-ci ilədək, ən zəif inkişaf etmiş ölkələr üçün texnologiya bankını və elm, texnologiya və innovasiyalar üzrə potensialı inkişaf etdirmə mexanizmini tam şəkildə işə salmaq və əlverişli texnologiyadan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək.
  • 17.9. Digər vasitələrlə yanaşı, Şimal-Cənub, Cənub-Cənub və üçtərəfli əməkdaşlıq vasitəsilə, bütün dayanıqlı inkişaf məqsədlərini həyata keçirmək üçün milli planlara dəstək göstərmək məqsədilə, inkişaf etməkdə olan ölkələrdə effektiv və məqsədyönlü potensialı inkişaf etdirmə işinin aparılmasına beynəlxalq dəstəyi artırmaq.
  • 17.1.1 Ümumi dövlət gəlirlərinin ÜDM-də xüsusi çəkisi, mənbələr üzrə bölgüdə
  • 17.1.2 Milli büdcənin formalaşdırılmasında daxili vergilərin xüsusi çəkisi
  • 17.2.1 Ümumi və ən az inkişaf etmiş ölkələrə ayrılan inkişaf üçün rəsmi yardımın xalis həcminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişafa Yardım Komitəsinin donorlarının ümumi dövlət gəlirlərində (ÜMG) xüsusi çəkisi
  • 17.3.1 İnkişaf etməkdə olan ölkələr üçün bir çox mənbələrdən əlavə maliyyə resurslarının səfərbər edilməsi
  • 17.3.2 Pul köçürmələrinin həcminin (ABŞ dolları ilə) ÜDM-də xüsusi çəkisi
  • 17.4.1 Borca xidmətlə bağlı xərclərin mal və xidmətlər ixracının dəyərində xüsusi çəkisi
  • 17.5.1 İnkişaf etməkdə olan ölkələrə, o cümlədən ən az inkişaf etmiş ölkələrə investisiyaların təşviqi rejimlərini qəbul edən və həyata keçirən ölkələrin sayı
  • 17.6.1 Əhalinin hər 100 nəfərinə düşən sabit genişzolaqlı internet abunəçilərinin sayı, sürət üzrə bölgüdə
  • 17.7.1 Ekoloji təhlükəsiz texnologiyaların işlənib hazırlanması, ötürülməsi, yayılması və mənimsənilməsinin təşviqi üçün inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin ümumi məbləği
  • 17.8.1 İnternetdən istifadə edən əhalinin xüsusi çəkisi
  • 17.9.1 İnkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın dollarla ümumi həcmi (o cümlədən Şimal-Cənub, Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən)
  • 17.10.1 Tariflərin orta çəkili dünya səviyyəsi
  • 17.11.1 İnkişaf etməkdə olan ölkələrin və ən az inkişaf etmiş ölkələrin ixracının dünya ixracında xüsusi çəkisi
  • 17.12.1 İnkişaf etməkdə olan ölkələrə, ən az inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə tətbiq olunan tariflərin orta çəkili səviyyəsi
  • 17.13.1 Makroiqtisadi göstəricilər toplusunun vahid dəsti
  • 17.14.1 Dayanıqlı inkişaf sahəsində əlaqələndirilmiş siyasətin gücləndirilməsi üçün mexanizmlərin mövcudluğu
  • 17.15.1 İnkişaf üçün əməkdaşlığın iştirakçıları tərəfindən ölkələrin əldə etdiyi nəticələrdən və planlaşdırma alətlərindən istifadə səviyyəsi
  • 17.16.1 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dəstək verən çoxlu maraqlı tərəflərin daxil olduğu inkişafın səmərəliyinə nəzarət mexanizmləri vasitəsi ilə hesabat verən ölkələrin sayı
  • 17.17.1 İnfrastrukturun inkişafı üçün dövlət-özəl sektor tərəfdaşlığına ayrılan vəsaitin ABŞ dolları ilə məbləği
  • 17.18.1 Dayanıqılı İnkişaf Məqsədinin monitornqi üçün statistik potensialın göstəricisi
  • 17.18.2 Rəsmi Statistikanın Fundamental Prinsiplərinə uyğun milli statistika qanunvericiliyi olan ölkələrin sayı
  • 17.18.3 Tam maliyyələşdirilən və həyata keçirilən milli statistika planına malik olan ölkələrin sayı, maliyyə mənbələri üzrə bölgüdə
  • 17.19.1 İnkişaf etməkdə olan ölkələrdə statistika sahəsində potensialın gücləndirilməsinə ayrılmış bütün resursların dollarla dəyəri
  • 17.19.2 a) son 10 il ərzində əhalinin və mənzil fondunun ən azı bir dəfə siyahıyaalmasını aparan; və b) doğum hallarının 100 faizinin, ölüm hallarının isə 80 faizinin qeydiyyata alınmasına nail olmuş ölkələrin xüsusi çəkisi