Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 3. Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq



Yaşından asılı olmayaraq hamı üçün sağlam həyat tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq dayanıqlı inkişaf üçün vacibdir. Gözlənilən ömür uzunluğunun artırılması və uşaq və ana ölümü ilə əlaqəli geniş yayılmış ölüm səbəblərinin azaldılması ilə əlaqədar əhəmiyyətli addımlar atılmışdır. Təmiz su və sanitariya xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, malyariya, vərəm, poliomielit və İİV/QİÇS xəstəliklərinin yayılmasının azaldılması istiqamətində böyük irəliləyişlər əldə edilmişdir. Bununla yanaşı, daha çox xəstəliklərin tam aradan qaldırılması və bir çox müxtəlif davamlı və yeni ortaya çıxan sağlamlıq problemlərini həll etmək üçün daha çox səy göstərmək lazımdır.

 

Mənbə: BMT, www.un.org/sustainabledevelopment/health/



  • 3.1. 2030-cu ilədək, dünyada ana ölümü nisbətini hər 100,000 canlı doğuşa 70-dən aşağı səviyyəyə qədər azaltmaq.
  • 3.2. 2030-cu ilədək, bütün ölkələr tərəfindən neonatal ölüm hallarının ən azı hər 1,000 canlı doğuşa 12 və 5 yaşadək uşaq ölümü hallarının isə ən azı hər 1,000 canlı doğuşa 25 belə halın baş verdiyi səviyyəyə qədər endirilməsi məqsəd kimi qarşıya qoyulmaqla, körpə və uşaqların qarşısı alına bilən ölüm hallarına son qoymaq.
  • 3.3. 2030-cu ilədək, QİÇS-in, vərəmin, malyariyanın və kifayət qədər diqqət yetirilməyən tropik xəstəliklərin epidemiyasına son qoymaq və hepatitlə, sudan keçən xəstəliklərlə və digər yoluxucu xəstəliklərlə mübarizə aparmaq.
  • 3.4. 2030-cu ilədək, profilaktika və müalicə vasitəsilə qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını üçdə birə qədər azaltmaq və əqli sağlamlığı və sağlam yaşayışı təşviq etmək.
  • 3.5. Zərərli maddələrdən sui-istifadənin, o cümlədən narkotik maddələrdən sui-istifadə və alkoqoldan zərərli istifadə hallarının qarşısının alınması və müalicə edilməsi işini gücləndirmək.
  • 3.6. 2020-ci ilədək, dünyada yol qəza hadisələrindən ölüm və xəsarət alma hallarını yarıya qədər azaltmaq.
  • 3.7. 2030-cu ilədək, hamının cinsi və reproduktiv səhiyyə xidmətlərinə, o cümlədən ailə planlaşdırması, informasiya və təhsillə bağlı xidmətlərə çıxış imkanının təmin edilməsi və reproduktiv sağlamlığın milli strategiyalara və proqramlara daxil edilməsi.
  • 3.8. Maliyyə riskindən qoruma da daxil olmaqla, hamı üçün tibbi sığorta təminatına, əsas keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanına və təhlükəsiz, effektiv, keyfiyyətli və əlçatan şəkildə əsas dərman preparatlarına və peyvəndlərə çıxış imkanına nail olmaq.
  • 3.9. 2030-cu ilədək, zərərli kimyəvi maddələrdən və havadan, suyun və torpağın çirklənməsindən və korlanmasından ölüm və xəstələnmə hallarının sayını əhəmiyyətli dərəcədə azaltmaq.
  • 3.a. Zərurət olduqda, bütün ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasının yerinə yetirilməsi işini gücləndirmək.
  • 3.b. Əhalinin sağlamlığının qorunması və xüsusən də hamının dərman preparatlarına çıxış imkanının təmin olunması üçün uyğunlaşdırma imkanlarına dair Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Bağlı Aspektləri üzrə Sazişdəki müddəalardan inkişaf etməkdə olan ölkələrin tam həcmdə yararlanmaq hüququnu bir daha bəyan edən TRİPS Sazişi və Səhiyyə haqqında Doha Bəyannaməsinə uyğun olaraq, ilk növbədə inkişaf etməkdə olan ölkələrə təsir edən yoluxucu və qeyri-yoluxucu xəstəliklər üçün peyvəndlərlə və dərman preparatları ilə bağlı tədqiqatlara və onların hazırlanmasına dəstək göstərmək, əlçatan şəkildə əsas dərman preparatlarına və peyvəndlərə çıxış imkanını təmin etmək.
  • 3.c. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərdə səhiyyənin maliyyələşməsini və səhiyyədə çalışan işçi qüvvənin seçilməsi, inkişaf etdirilməsi, təlim keçməsi və saxlanması işini əhəmiyyətli dərəcədə artırmaq.
  • 3.d. Bütün ölkələrin, xüsusən də inkişaf etməkdə olan ölkələrdə erkən xəbərdarlıq, riskin azaldılması və milli və qlobal səhiyyə risklərinin idarə olunması üçün potensialı gücləndirmək.
  • 3.1.1 Ana ölümü səviyyəsi
  • 3.1.2 İxtisaslı səhiyyə işçiləri tərəfindən qəbul edilmiş doğuşların xüsusi çəkisi
  • 3.2.1 Beş yaşadək uşaqlar arasında ölüm səviyyəsi
  • 3.2.2 Neonatal ölüm səviyyəsi
  • 3.3.1 Hər 1000 nəfər yoluxmamış əhaliyə düşən İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) yeni yoluxmuşların sayı, cins, yaş və əhalinin əsas qrupları üzrə bölgüdə
  • 3.3.2 Vərəmə yoluxma halları, əhalinin hər 100 000 nəfərinə
  • 3.3.3 Malyariyaya yoluxma halları, əhalinin hər 1 000 nəfərinə
  • 3.3.4 Hepatit B virusuna yoluxma halları, əhalinin hər 100 000 nəfərinə
  • 3.3.5 “Unudulmuş” tropik xəstəliklərdən müalicəyə ehtiyacı olan şəxslərin sayı
  • 3.4.1 Ürək-damar xəstəliyi, xərçəng, şəkərli diabet və ya tənəffüs yollarının xroniki xəstəliklərindən ölüm səviyyəsi
  • 3.4.2 İntihar səbəbindən ölüm səviyyəsi
  • 3.5.1 Psixoaktiv maddələrdən istifadə səbəbindən pozuntuların müalicə ilə əhatə olunması (medikamentoz, sosial-psixoloji və reabilitasiya və sonrakı qulluq xidmətləri)
  • 3.5.2 15 və yuxarı yaşda olan əhalinin hər nəfərinə təqvim ili ərzində təmiz alkoqolun litri ilə düşən alkoqol istehlakı
  • 3.6.1 Yol-nəqliyyat hadisələri nəticəsində ölüm səviyyəsi
  • 3.7.1 Ailə planlaşdırılması üzrə öz ehtiyaclarını müasir üsullarla təmin edən reproduktiv yaşda (15-49 yaşda) olan qadınların xüsusi çəkisi
  • 3.7.2 Yeniyetmələr (10-14 yaşda və 15-19 yaşda olan) arasında doğum səviyyəsi, həmin yaş qrupunda olan hər 1000 nəfər qadına
  • 3.8.1 Əsas səhiyyə xidmətləri ilə əhatə olunma
  • 3.8.2 Ev təsərrüfatının xərcləri və ya gəlirlərinin ümumi həcmində ev təsərrüfatının səhiyyə xərclərinin payı böyük olan əhalinin xüsusi çəkisi
  • 3.9.1 Yaşayış binalarında havanın və atmosfer havasının çirklənməsi səbəbindən ölüm səviyyəsi
  • 3.9.2 Təhlükəsiz su, təhlükəsiz sanitariya və gigiyenanın olmaması səbəbindən ölüm səviyyəsi (su təchizatı, sanitariya və gigiyena (STSG) sahəsində hamı üçün təhlükəsiz xidmətlərin olmaması səbəbindən)
  • 3.9.3 Qərəzsiz zəhərlənmədən ölənlərin sayı, əhalinin hər 100000 nəfərinə, cins və yaş qrupları üzrə bölgüdə
  • 3.a.1 15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadənin yayılma səviyyəsi, yaş qrupları üzrə bölgüdə
  • 3.b.1 İmmunlaşdırma sahəsində milli proqramlar üzrə bütün vaksinlərlə əhatə olunan əhalinin məqsədli əhali qrupunda xüsusi çəkisi
  • 3.b.2 Səhiyyənin əsas sahələrinin və tibbi tədqiqatların inkişafına yönəldilmiş rəsmi maliyyə yardımlarının xalis ümumi həcmi
  • 3.b.3 Zəruri və əlçatan əsas dərman vasitələri dəstinə daim malik olan tibb müəssisələrinin xüsusi çəkisi
  • 3.c.1 Əhalinin hər 10 000 nəfərinə düşən tibb işçilərinin sayı və onların bölüşdürülməsi
  • 3.d.1 Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına (BTSQ) əməl etmək qabiliyyəti və səhiyyə sahəsində fövqəladə hallara hazırlıq
  • 3.d.2 Seçilmiş antimikrobiyal dərmanlara davamlı orqanizmlər səbəbindən qan dövranı infeksiyası faizi