Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 4. Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək

Keyfiyyətli
təhsil almaq insanların həyatını və dayanıqlı inkişafı yaxşılaşdırmaq üçün əsasdır.
Bütün səviyyələrdə təhsilə çıxış imkanının artırılması və xüsusilə qadınlar və
qızlar üçün məktəblərə qeydiyyat dərəcələrini artırma istiqamətində böyük irəliləyişlər
olmuşdur. Əsas savadlılıq bacarıqları yüksək inkişaf etmişdir, lakin universal
təhsil məqsədlərinə nail olma istiqamətində uğurlu addımlar atmaq üçün daha çox
səy göstərmək lazımdır. Məsələn, dünyada qızlar və oğlanlar arasında ibtidai təhsildə
bərabərliyə nail olunmuşdur, lakin yalnız bir neçə ölkə bu hədəfə təhsilin
bütün səviyyələrində çatmışdır.
Source: BMT, www.un.org/sustainabledevelopment/education/