Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 5. Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Minilliyin İnkişaf Məqsədləri çərçivəsində
dünyada gender bərabərliyi və qadınlara səlahiyyət verilməsi sahəsində irəliləyişə
nail olunmasına baxmayaraq (qızlar və oğlanların ibtidai təhsilə bərabər çıxış
imkanları əldə etməsi daxil olmaqla), dünyanın hər yerində qadınlar və qızlar
ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər.
Gender bərabərliyi yalnız əsas insan
hüququ deyil, sülh, rifah və dayanıqlı dünya üçün zəruri bir təməldir.
Qadınlar və qızların təhsilə, səhiyyə
xidmətlərinə, layiqli işə bərabər çıxış imkanlarının və siyasi və iqtisadi qərarların
qəbulu proseslərində iştiraklarının təmin olunması dayanıqlı iqtisadiyyatı
canlandıracaq və cəmiyyətə və insanlığa böyük fayda gətirəcəkdir.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/gender-equality/
-
5.1. Hər yerdə bütün qadınlara və qızlara qarşı bütün formalarda ayrı-seçkiliyə son qoymaq.
-
5.2. Dövlət və özəl sahələrdə bütün qadınlara və qızlara qarşı bütün formalarda zorakılığın, o cümlədən insan alveri və cinsi və digər növlərdə istismarın aradan qaldırılması.
-
5.3. Uşaq, erkən və məcburi nigah və qadınların cinsi zəmində alçaldılması kimi bütün zərərli halları aradan qaldırmaq.
-
5.4. İctimai xidmətlər göstərməklə, infrastruktur və sosial müdafiə siyasətləri və milli səviyyədə zərurət olduqda evdə və ailədə ümumi öhdəlikləri təşviq etməklə, ödənişsiz qayğı və işi nəzərə almaq və dəyərləndirmək.
-
5.5. Siyasi, iqtisadi və ictimai həyatda qərar qəbul etmənin bütün səviyyələrində qadınların tam və effektiv iştirakını və rəhbərlik üçün bərabər imkanları təmin etmək.
-
5.6. Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı və Pekin Fəaliyyət Platforması və digər nəzarət konfranslarının yekun sənədlərinə uyğun olaraq razılaşdırıldığı kimi, hamı üçün cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxış imkanını və reproduktiv hüquqları təmin etmək.
-
5.a. Milli qanunlara uyğun olaraq, qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarının, habelə torpaq və digər əmlak formaları üzərində sahiblik və nəzarət, maliyyə xidmətləri, miras və təbii resurslara çıxış imkanın verilməsi üçün islahatlar aparmaq.
-
5.b. Qadınların səlahiyyətlərinin genişləndirilməsini təşviq etmək üçün imkanlar yaradan texnologiyalardan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək.
-
5.c. Gender bərabərliyinin təşviq olunması və bütün səviyyələrdə bütün qadınların və qızların səlahiyyətlərinin genişləndirilməsi üzrə güclü siyasətlər və qanunvericilik qəbul etmək və onları gücləndirmək.
-
5.1.1 Cins əlamətinə görə bərabərlik və qeyri-ayrıseçkiliyin təşviqi, təmin edilməsi və nəzarəti üçün hüquqi çərçivələrin mövcudluğu
-
5.2.1 Son 12 ay ərzində hazırki və ya əvvəlki intim partnyoru tərəfindən fiziki, cinsi və ya psixoloji zorakılığa məruz qalmış 15 və yuxarı yaşda olan qadın və qızların xüsusi çəkisi, zorakılıq formaları və yaş üzrə bölgüdə
-
5.2.2 Son 12 ay ərzində intim partnyorundan başqa digər şəxslər tərəfindən cinsi zorakılığa məruz qalmış 15 və yuxarı yaşda olan qadın və qızların xüsusi çəkisi, yaş və hadisənin baş verdiyi məkan üzrə bölgüdə
-
5.3.1 15 yaşadək və 18 yaşadək nikaha və ya ittifaqa daxil olmuş 20-24 yaşda olan qadınların xüsusi çəkisi
-
5.3.2 Qadın cinsi orqanının zədələnməsinə/sünnətinə məruz qalmış 15-49 yaşda olan qadın və qızların xüsusi çəkisi, yaş üzrə bölgüdə
-
5.4.1 Haqqı ödənilməyən ev və qayğı işlərinə sərf olunan vaxtın xüsusi çəkisi, cins, yaş və yaşayış yeri üzrə bölgüdə
-
5.5.1 a) milli parlamentlərdə və b) yerli hakimiyyət orqanlarında qadınlar tərəfindən tutulan yerlərin xüsusi çəkisi
-
5.5.2 Rəhbər vəzifələr tutan qadınların xüsusi çəkisi
-
5.6.1 Seksual münasibətlər, kontraseptivlərdən istifadə və reproduktiv sağlamlığın qorunmasına dair qərarları özləri tərəfindən düşünülmüş qəbul edən 15-49 yaşda olan qadınların xüsusi çəkisi
-
5.6.2 15 və yuxarı yaşda olan qadın və kişilərə cinsi və reproduktiv sağlamlığın qorunması üzrə xidmətlərə və bu sahədə informasiya və maarifləndirməyə tam və bərabər çıxış imkanını təmin edən qanun və digər hüquqi aktları mövcud olan ölkələrin sayı
-
5.a.1 a) Kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququ və ya həmin torpaqlar üzərində təminatlı hüquqları olan əhalinin kənd təsərrüfatı ilə məşğul olan ümumi əhalidə xüsusi çəkisi, cins üzrə bölgüdə; və b) kənd təsərrüfatı torpaqlarının mülkiyyətçisi və ya həmin torpaqlar üzərində hüquqları olan şəxslər arasında qadınların xüsusi çəkisi, torpağa sahib olma formaları üzrə bölgüdə
-
5.a.2 Qadınların torpağa dair bərabər mülkiyyət və/və ya sərəncam vermək hüquqlarına zəmanət verən hüquqi çərçivəsi (o cümlədən adi hüquq) olan ölkələrin xüsusi çəkisi
-
5.b.1 Mobil telefonu olan şəxslərin xüsusi çəkisi, cins üzrə bölgüdə
-
5.c.1 Gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsinə yönəldilən dövlət xərclərinə nəzarət və məlumatların ictimailəşdirilməsi mexanizmləri olan ölkələrin xüsusi çəkisi