Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 6. Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Hamı üçün təmiz, əlçatan su yaşamaq istədiyimiz
dünyanın vacib bir hissəsidir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin
su var. Lakin zəif iqtisadiyyat və ya zəif infrastruktura görə, hər il əksəriyyəti
uşaqlar olmaqla milyonlarla insan, qeyri-kafi su təchizatı, sanitariya və
gigiyena ilə əlaqədar xəstəliklərdən ölür.
Su çatışmazlığı, aşağı keyfiyyətli su və
qeyri-kafi sanitariya dünyadakı yoxsul ailələrin ərzaq təhlükəsizliyinə,
yaşayış şəraitinə və təhsil imkanlarına
mənfi təsir göstərir. Quraqlıq dünyanın ən yoxsul ölkələrindən bəzilərində
aclıq və zəif qidalanmanın kəskinləşməsinə səbəb olur.
2050-ci ilə qədər hər dörd nəfərdən ən
az birinin uzunmüddətli və ya təkrarlanan
şirin su çatışmazlığına məruz qalan ölkələrdə yaşayacağı ehtimal olunur.
Mənbə:
BMT, www.un.org/sustainabledevelopment/water-and-sanitation/