Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 7. Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Bu gün
dünyanın qarşılaşdığı istənilən əsas
problem və fürsətlərin mərkəzində enerji dayanır. İş, təhlükəsizlik, iqlim dəyişikliyi,
qida istehsalı və ya gəlirlərin artımı üçün enerjiyə çıxış imkanının olması
vacibdir.
Dayanıqlı enerji fürsətdir - həyatın, iqtisadiyyatın
və planetin transformasiyasına imkan verir.
BMT-nin keçmiş Baş katibi Pan Ki Mun müasir enerji xidmətlərinə
universal çıxışı təmin etmək, səmərəliliyi artırmaq və alternativ və bərpa
olunan enerji mənbələrindən istifadəni artırmaq üçün “Hamı üçün Dayanıqlı Enerji”
təşəbbüsünə rəhbərlik edir.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/energy/
-
7.1. 2030-cu ilədək, hamı üçün əlçatan, etibarlı, dayanıqlı və müasir enerji xidmətlərinə çıxış imkanını təmin etmək.
-
7.2. 2030-cu ilədək, qlobal enerji təchizatında bərpa olunan enerjinin payını əhəmiyyətli dərəcədə artırmaq.
-
7.3. 2030-cu ilədək, dünyada enerjidən səmərəli istifadə səviyyəsini iki dəfə artırmaq.
-
7.a. 2030-cu ilədək, təmiz enerji tədqiqatlarına və texnologiyalarına, o cümlədən bərpa olunan enerji, enerjidən səmərəli istifadə olunan və qabaqcıl və daha təmiz mədən yanacaq texnologiyalarına çıxış imkanına şərait yaratmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirmək və enerji infrastrukturuna və təmiz enerji texnologiyalarına yatırımları təşviq etmək.
-
7.b. Bütün inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən dövlətlərdə hamını müasir və dayanıqlı enerji xidmətləri ilə təchiz etmək üçün enerji infrastrukturunu genişləndirmək və texnologiyaları yeniləmək.
-
7.1.1 Elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisi
-
7.1.2 Əsasən təmiz yanacaq və texnologiyalardan istifadə edən əhalinin xüsusi çəkisi
-
7.2.1 Son enerji istehlakının ümumi həcmində bərpa olunan enerjinin xüsusi çəkisi
-
7.3.1 İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi hesablanan enerji tutumu
-
7.a.1 Təmiz enerji sahəsində tədqiqat və işləmələrə və hibrid sistemlər də daxil olmaqla bərpa olunan enerjinin inkişafına dəstək üçün inkişaf etməkdə olan ölkələrə beynəlxalq maliyyə axınlarının həcmi
-
7.b.1 İnkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji daşıyıcıları əsasında işləyən generasiya qurğularının istehsal gücü (adambaşına)