Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 8. Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.

Dünya əhalisinin təxminən yarısı günə 2 ABŞ dolları
məbləğindən az qazancla yaşayır. Bir çox yerlərdə, iş sahibi olmaq yoxsulluqdan
qurtulmaq qabiliyyətinə zəmanət vermir. Bu yavaş və qeyri-bərabər irəliləyiş
bizdən yoxsulluğun aradan qaldırılmasına yönəlmiş iqtisadi və sosial siyasətlərimizi
yenidən nəzərdən keçirməyi və yenidən hazırlamağı tələb edir.
Layiqli iş imkanlarının çatışmazlığının davam etməsi,
yetərsiz investisiya qoyuluşları və qeyri-kafi istehlak demokratik cəmiyyətlərin
təməlini təşkil edən əsas sosial həmrəyliyin pozulmasına gətirib çıxarır: tərəqqi
hamı üçün ortaq olmalıdır. Keyfiyyətli iş yerlərinin yaradılması 2015-ci ildən
sonra demək olar ki, bütün iqtisadiyyatlar üçün əsas problem olaraq qalacaqdır.
Dayanıqlı iqtisadi artım cəmiyyətdən ətraf mühitə zərər
verməməklə, insanların keyfiyyətli işlərə sahib olmasına imkan verərək iqtisadiyyatı stimullaşdıran şəraitlər
yaratmasını tələb edir. Həmçinin, bütün əmək qabiliyyətli əhali üçün iş
imkanları və layiqli iş şəraiti də tələb olunur.
Mənbə: BMT, www.un.org/sustainabledevelopment/economic-growth/
-
8.1. Adambaşına düşən iqtisadi artımı milli şəraitə uyğun olaraq saxlamaq və xüsusən də, ən zəif inkişaf etmiş ölkələrdə hər il üçün ümumi daxili məhsul artımını ən azı 7 faiz səviyyəsində saxlamaq.
-
8.10. Hamı üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını həvəsləndirmək və genişləndirmək üçün daxili maliyyə institutlarının potensialını gücləndirmək.
-
8.2. Şaxələndirmə, texnologiyanın yenilənməsi və innovasiyalar vasitəsilə, o cümlədən yüksək dəyər əlavə olunan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə iqtisadi məhsuldarlığın daha yüksək səviyyələrə qalxmasına nail olmaq.
-
8.3. İstehsal fəaliyyətinə, layiqli məşğulluq imkanlarının yaradılmasına, sahibkarlığa, yaradıcılığa və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətləri təşviq etmək və başqa vasitələrlə yanaşı maliyyə xidmətlərinə çıxış imkanı yaratmaqla mikro, kiçik və orta ölçülü müəssisələrin formalaşdırılmasını və artımını həvəsləndirmək.
-
8.4. 2030-cu ilədək, qlobal olaraq istehlakda və istehsalda resurslardan səmərəli istifadəni tədricən artırmaq və inkişaf etmiş ölkələr öndə getməklə, dayanıqlı istehlak və istehsal üzrə 10 illik proqramlar çərçivəsinə uyğun olaraq, iqtisadi artımla ətraf mühitin korlanması arasında əlaqəni zəiflətməyə cəhd etmək.
-
8.5. 2030-cu ilədək, bütün qadınlar və kişilər üçün, o cümlədən gənclər və əlillər üçün tam və məhsuldar məşğulluğa və eyni dəyərdə olan işə görə bərabər ödənişə nail olmaq.
-
8.6. 2020-ci ilədək, məşğulluqda, təhsildə və ya təlimdə iştirak etməyən gənclərin faiz nisbətini əhəmiyyətli dərəcədə azaltmaq.
-
8.7. Məcburi əməyi aradan qaldırmaq, müasir dövrdə köləliyə və insan alverinə son qoymaq və ən pis formalarda uşaq əməyinin qadağan olunmasına və aradan qaldırılmasına zəmanət vermək üçün təxirəsalınmaz və effektiv tədbirlər görmək və 2025-ci ilədək, bütün formalarda uşaq əməyinə son qoymaq.
-
8.8. Bütün fəhlələr, o cümlədən miqrant fəhlələr, xüsusən də qadın miqrantlar və riskli şəraitlərdə işləyənlər üçün əmək hüquqlarını qorumaq və etibarlı və təhlükəsiz iş mühitlərini təşviq etmək.
-
8.9. 2030-cu ilədək, iş yerləri yaradan və yerli mədəniyyəti və məhsulları təşviq edən dayanıqlı turizmi inkişaf etdirmək üçün siyasətlər müəyyənləşdirmək və həyata keçirmək.
-
8.a. Başqa vasitələrlə yanaşı Ən Zəif İnkişaf Etmiş Ölkələrə Ticarətlə Bağlı Texniki Yardım üzrə Gücləndirilmiş Vahid Çərçivə vasitəsilə, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən zəif inkişaf etmiş ölkələr üçün Ticarətə Yardımı artırmaq.
-
8.b. 2020-ci ilədək, gənclərin məşğulluğu üzrə qlobal strategiyanı işləyib hazırlamaq və onu həyata keçirməyə başlamaq və Beynəlxalq Əmək Təşkilatının Qlobal Məşğulluq Paktını yerinə yetirmək.
-
8.1.1 Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
-
8.2.1 Məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
-
8.3.1 Qeyri-formal məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi, sahələr və cins üzrə bölgüdə
-
8.4.1 Resurs istehlakı, hər nəfərə düşən resurs istehlakı və ÜDM vahidinə düşən resurs istehlakı
-
8.4.2 Daxili resurs sərfiyyatı, hər nəfərə düşən daxili resurs sərfiyyatı və ÜDM vahidinə düşən daxili resurs sərfiyyatı
-
8.5.1 İşçilərin orta saathesabı əməkhaqqı, cins, yaş, peşə növü və əlillik əlaməti üzrə bölgüdə
-
8.5.2 İşsizlik səviyyəsi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə
-
8.6.1 İşləməyən, təhsil almayan və ya peşə təlimi keçməyən gənclərin (15-24 yaşda olan) xüsusi çəkisi
-
8.7.1 Uşaq əməyinə cəlb olunmuş 5-17 yaşda olan uşaqların xüsusi çəkisi və sayı, cins və yaş üzrə bölgüdə
-
8.8.1 Hər 100 000 işləyənə düşən istehsalatda həlak olma və xəsarət alma halları, cins və miqrasiya statusu üzrə bölgüdə
-
8.8.2 Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədli mənbələri və milli qanunvericiliyə əsaslanan əmək hüquqlarına milli səviyyədə riayət ounmasının vəziyyəti (birləşmək azadlığı və kollektiv əmək müqavilələrinin bağlanması), cins və miqrasiya statusu üzrə bölgüdə
-
8.9.1 Turizmin ÜDM-in həcminə və artım tempinə birbaşa təsiri
-
8.10.1 Böyüklərin hər 100 000 nəfərinə düşən a) kommersiya banklarının filiallarının və b) bankomatların sayı
-
8.10.2 Bankda və ya digər maliyyə təşkilatlarında hesabı olan və ya mobil maliyyə xidmətlərindən istifadə edən böyüklərin (15 və yuxarı yaşda olan) xüsusi çəkisi
-
8.a.1 “Ticarətdə kömək” adlı təşəbbüs çərçivəsində öhdəliklərin və ödənişlərin həcmi
-
8.b.1 Məşğulluq sahəsində milli strategiya çərçivəsində və ya ayrıca strategiya kimi gənclərin məşğulluğu üzrə milli strategiyanın mövcudluğu və onun həyata keçirilməsi