Dayanıqlı İnkişaf Məqsədləri göstəriciləri üzrə statistik məlumatlar

Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair statistik məlumatlara baxmaq üçün məqsədi seçin
DİM üzrə milli səviyyədə irəliləyişin monitorinq və qiymətləndirilməsi
Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli A/RES/70/1 nömrəli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyas: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (bundan sonra - “Gündəlik 2030”) təsdiq edilmişdir. “Gündəlik-2030”la müəyyən edilmiş qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən həyata keçirilməsi zəruri hesab edilən kollektiv tədbirləri özündə əks etdirir. Heç kimin kənarda qalmaması prinsipi üzərində dayanan bu məqsəd və hədəflər i) insanlıq naminə bütün formalarda və ölçülərdə yoxsulluğa, aclığa so...