Göstəricinin adı:
Ərzaq qiymətlərinin anomaliyaları göstəricisi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Qiymət statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Qiymət statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospektiBaku-AZ1136, Inshaatchilar Avenue
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538-52-72 ; +99412 377-10-70 (22-55)
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
17.12.2021
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
17.12.2021
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
03.06.2025
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Ərzaq qiymətinin anomaliyaları göstəricisi (IFPA) verilmiş müddət ərzində hər hansı ərzaq məhsulunun qiymətləri sırasında müşahidə olunan anormal dərəcədə yüksək və ya aşağı qiymət sıralarını müəyyən edir.
|
3.2
|
Təsnifat sistemi
|
Xərclərin məqsədlər üzrə təsnifatının "Şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı" bölməsi https://www.stat.gov.az/menu/5/source/Xerc_meqsed_tes.pdf
|
3.3
|
Əhatə edilən sektor
|
Qiymətlərin qeydiyyatı Azərbaycan Respublikasının bütün regionları üçün vahid şəkildə qəbul edilmiş, əhali tərəfindən daha çox istehlak edilən təmsilçi məhsullar (xidmətlər) dəsti üzrə aparılır. Bu dəst “İstehlak səbəti” adlanan ifadə altında formalaşır. İstehlak səbətinin tərkibinə 519 adda təmsilçi məhsul (xidmət) daxildir ki, onlardan da 150-si ərzaq məhsulları, 1-i tütün məmulatı, 269-u qeyri-ərzaq məhsulları, 99-u isə xidmətlərdir.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Ərzaq qiymətinin anomaliyaları göstəricisi (IFPA) verilmiş müddət ərzində hər hansı ərzaq məhsulunun qiymətləri sırasında müşahidə olunan anormal dərəcədə yüksək və ya aşağı qiymət sıralarını müəyyən edir. IFPA həm il ərzində, həm də uzun illər ərzində qiymət artımını nəzərə almaqla çəkili ümumi artım tempinə əsaslanır.
|
3.5
|
Statistik vahid
|
Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər.
|
3.6
|
Statistik məcmu
|
Hər bir şəhərdə (rayonda) seçmə məcmuya müntəzəm olaraq kütləvi məhsul (xidmət) satışı həyata keçirən təşkilatlar, eləcə də ticarət məntəqələri (mağazalar, univermaqlar, köşklər), ictimai iaşə obyektləri, şəhər bazarları (ərzaq, qeyri-ərzaq), əhaliyə ödənişli xidmətlər göstərən müəssisələr, daimi olaraq xidmət və pərakəndə satış sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar və bazarlarda ticarətlə məşğul olan fiziki şəxslər daxil edilir.
|
3.7
|
İstinad zonası
|
Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2010-cu ildən hazırkı dövrədək illər üzrə əks etdirilir.
|
3.9
|
Baza dövrü
|
İqtisadi inkişaf və struktur dəyişikliyi nəzərə alınaraq, baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2010-cu ildir.
|
4
1
|
Ölçü vahidi
|
Əmsal
|
5
1
|
Hesabat dövrü
|
İl
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) məlumatlar təqdim edilir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19
fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla
necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
|
8.3
|
İstifadəçi girişi
|
“Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
|
9
1
|
Yayım tezliyi
|
İllik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Hər il məcmuə şəklində yayımlanır.
|
10.2
|
Nəşrlər
|
"Dayanıqlı İnkişaf Məqsədləri" adlı illik məcmuə.
|
10.3
|
Onlayn məlumat bazası
|
sdg.azstat.gov.az
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. https://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin olunur. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
https://www.fao.org/3/cb0764ru/cb0764ru.pdf
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “İstehlak qiymətləri indeksi üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə*) dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/price/pr01_sb.pdf ).
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika
orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün
audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq
olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət
Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumatların əsas istifadəçisidir.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər
www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur. Metodologiyanın linki stat.gov.az/menu/7/other_metadata/
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Ərzaq qiymətinin anomaliyaları göstəricisinin (IFPA) hesablanması və qarşıya qoyulan vəzifələrin keyfiyyətli həlli üçün, Qiymət statistikası şöbəsi ilk növbədə yerli statistika orqanlarından qəbul edilən ilkin məlumatların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq metodoloji işləri davam etdirir. Yerli statistika orqanlarının əməkdaşları mütəmadi olaraq seminarlarda iştirak edir və hər hansı metodoloji yeniliklər baş verərsə onlar operativ olaraq məlumatlandırılırlar.
|
13.2
|
Seçmə xətası
|
Belə qiymətləndirmə aparılmamışdır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının
aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr
tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş
vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na
uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Qiymətlərin müşahidəsi ölkənin bütün şəhər və rayonları üzrə aparılır. Beləliklə də, Ərzaq qiymətinin anomaliyaları göstəricisi (IFPA) Azərbaycanda ərzaq məhsullarının anormal dərəcədə yüksək və ya aşağı qiymət sıralarını müəyyən edir.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinmaika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Məlumatlar pərakəndə ticarət məntəqələrindən müşahidə əsasında götürüldüyündən hər hansısa bir sahə ilə uyğunluq mövcud deyildir.
|
15.4
|
Daxili uyğunluq
|
Bu müayinənin nəticələrində daxili uyğunluq tam təmin olunmuşdur.
|
16
1
|
Xərc və yük
|
Qiymət qeydiyyatçıları tərəfindən məlumatların daxil edilməsinə orta hesabla 15 dəqiqə vaxt sərf edilir. Respondentlərə düşən yükün azaldılması məqsədi ilə rəsmi statistika hesabatı və müşahidəsi formalarının göstəriciləri mütəmadi olaraq təkmilləşdirilir, istehsal xərclərinin, eləcə də respondentlərə düşən yükün azaldılması məqsədi ilə statistik proseslərin avtomatlaşdırılmasına, informasiya və kommunikasiya texnologiyalarının potensialından istifadənin genişləndirilməsinə üstünlük verilir. Bu sahədə şöbə "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya"ya əsasən fəaliyyət göstərir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Yenidən baxılma həyata keçirilmir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumat üçün mənbə ticarət və xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Məlumatlar ongünlük üzrə toplanılır.
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar real-vaxt rejimində əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Müvəqqəti olaraq satışı dayandırılan məhsullar üzrə impyutasiyalar həyata keçirilir.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılır və bu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 yanvar 2010-cu il tarixli, 2/4 nömrəli sərəncamı ilə təsdiq edilmiş “İstehlak mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin statistik müşahidəsinin təşkilinə, ticarət və xidmət sahəsində fəaliyyət göstərən təşkilatların seçmə məcmusunun formalaşdırılması”na dair metodoloji tövsiyələrə uyğun olaraq həyata keçirilir.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|