Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq
Göstərici 3.1.2 İxtisaslı səhiyyə işçiləri tərəfindən qəbul edilmiş doğuşların xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   3.1.2 İxtisaslı səhiyyə işçiləri tərəfindən qəbul edilmiş doğuşların xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

Mənbə: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İxtisaslı səhiyyə işçiləri tərəfindən qəbul edilmiş doğuşların xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elcin.haji@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 31.08.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 18.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 18.01.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı İxtisaslı səhiyyə kadrları tərəfindən qəbul edilən doğuşların xüsusi çəkisi = ixtisaslı səhiyyə kadrları tərəfindən qəbul edilmiş doğuşların sayı / qəbul edilmiş doğuşların ümumi sayına*100
3.2 Təsnifat sistemi Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı
3.3 Əhatə edilən sektor  Sosial müdafiə və Səhiyyə statistikası sektoru
3.4 Statistik anlayışlar və təriflər İxtisaslı səhiyyə kadrları (həkimlər, tibb bacıları və ya mamalar) tərəfindən qəbul edilən doğuşların xüsusi çəkisi dedikdə, həyat xilasedici mamalıq qulluğu, o cümlədən hamiləlik zamanı, doğum zamanı və doğumdan sonrakı dövrdə qadınlara zəruri nəzarət, xidmət və məsləhətlərin təmin edilməsi, doğuşun müstəqil qəbul edilməsi və yenidoğulmuşlara qulluq göstərilməsi sahəsində ixtisaslı səhiyyə kadrlarının iştirak etdiyi doğuşların faizlə ifadəsi başa düşülür. Ənənəvi doğum iştirakçıları hətta qısa təlim kursu keçmiş olsalar belə, bu göstəriciyə daxil edilmirlər.
3.5 Statistik vahid İxtisaslı səhiyyə işçilərinin nəzarətində  doğan hamilə qadınlar
3.6 Statistik məcmu Tətbiq edilmir.
3.7 İstinad zonası  Respublikanın  tibb müəssisələri üzrə.
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
3.9 Baza dövrü Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Hesabatda olan göstəricilər səhiyyə sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Xəstəliklərin Beynəlxalq Təsnifatı 10 Baxış,BMT-nin Uşaq Fondu,Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF-ÜST-Dünya Bankı , İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumat Səhiyyə nazirliyi  tərəfindən təqdim olunur. Məlumatın alınmasını və təhlil edilməsinı  Dövlət Statistika Komitəsi təşkil edir. 
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Səhiyyə göstəricilərinin yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir və giriş bütün istifadəçilər üçün açıqdır.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir (http://www.stat.gov.az/menu/4/publications/) və istifadəçilər üçün heç bir məhdudiyyət qoyulmur.
8.3 İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Sorğular
10.3 Onlayn məlumat bazası Hazır cədvəllər bu linkdə mövcuddur: https://www.sdg.azstat.org/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır.Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş "Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun,ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəcilərin sorğularının cavablandırılması, elektron sorğular daxil edilməklə www.azstat.org/xidmətlər/st_məlumat "Statistik məlumatların (göstəricilərin) verilməsi" bölməsi.
10.6 Metodologiya üzrə sənədlər Müalicə - profilaktika müəssisəsinin fəaliyyəti haqqında 30 №li forma (illik), Hamilə, doğan və zahı qadınlara qöstərilən tibbi yardım, abortlar və kontrasepsiya haqqında 32№-li forma (illik)
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətin idarə edilməsi sistemi sənəd toplusu (III nəşr). Statistik biznes –prosesin ümumi modeli. Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təlkil edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  Səhiyyəyə dair göstəricilər həm beynəxalq təşkilatların, həm də rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, elmi mütəxəssislərin, geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir.
12.2 İstifadəçi məmnunluğu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorğu yerləşdirilib. http://www.stat.gov.az/link_click_counter/
12.3 Dolğunluq Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Hesabat məlumatlarının dəqiqliyini və düzgün doldurulmasını təmin etmək məqsədilə Sosial statistika şöbəsinin Sosial müdafiə və səhiyyə statistikası sektoru hər zaman məlumatların nəticələrini diqqətlə nəzərdən keçirir, hesabat məlumatlarının düzgünlüyünə vaxtında nəzarət üçün yerli statistika orqanlarına  qarşıya çıxa biləcək səhvlərin vaxtında və yerində aradan qaldırılmasının metodologiyaya uyğun həyata keçirilməsinin vacibliyini nəzərlərinə çatdırır. Hesabat formalarında və metodoloji tövsiyələrdə tələbata uyğun olaraq təkmilləşdirmələr aparılır.
13.2 Seçmə xətası Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətası hesablanmır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
14.2 Tam vaxtında yerinə yetirmə Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 120 təqvim, 82 iş günü mövcuddur.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisə aparılmır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
15.4 Daxili uyğunluq  İlkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında fərq yoxdur.  
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  30 və 32 №-li illik rəsmi statistik hesabat formaları üzrə məlumatların qəbulu  vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. 
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Məlumat üçün mənbə səhiyyə fəaliyyəti ilə məşğul olan müəssisələr.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Səhiyyə nazirliyi tərəfindən  kağız versiyada təqdim olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Göstərici hesablanma yolu ilə müəyyən olunur.Səhiyyəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.