Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Göstərici 1.2.1 Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins və yaşayış yeri üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  1.2.1 Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins və yaşayış yeri üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins və yaşayış yeri üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi
Həyat keyfiyyətinin statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Məmmədov Səxavət Tofil oğlu
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu sakhavat.mammadov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 77 29; +99412 377 10 70 (22-46)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 25.06.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 18.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi

03.06.2025


3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı  Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi ildə ev təssərrüfatları tədqiqatının yekun məlumatları əsasında ildə bir dəfə hesablanır. 
3.2 Təsnifat sistemi Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı COICOP. http://www.azstat.org/tesnifat/:  Təsnifatdan istifadə edilməmişdir
3.3 Əhatə edilən sektor Ölkə miqyasında fərdi ev təsərüfatları
3.4 Statistik anlayışlar və təriflər
Yoxsulluq – yaşamaq üçün zəruri olan ərzaq, qeyri-ərzaq və xidmətlərin minimum toplusunun istehlakını, eləcə də iş qabiliyyətinin saxlanmasını ödəyə bilməyən fərdin və ya sosial qrupun iqtisadi vəziyyətinin xarakteristikasıdır. Yoxsulluq nisbi məfhumdur və ayrıca götürülən bir cəmiyyətin həyat səviyyəsinin ümumi standartlarından asılıdır. 
Yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi üçün ilk əvvəl ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali hesab edilir.
3.5 Statistik vahid Seçmə qaydada sorğuya düşən ev təsərrüfatları
3.6 Statistik məcmu Rübdə bir dəfə seçməyə düşən 10200 ev təsərrüfatlarınin təmsilçiliyi əsasında Avrostatin tövsiyə və metodologiyasına uyğun əmsallarla ölkəyə şamil edilməklə məcmu göstəricilər əldə edilir
3.7 İstinad zonası Ölkə üzrə sorğuya düşən bütün ev təsərrüfatları
3.8 Vaxt əhatəliyi İllik yekun məlumatlar əsaında ildə bir dəfə hesablanır
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  Avrostat, BMT və Dünya Bankının tövsiyələri əsasında
6.2 Məlumatların təşkilatlararası bölgüsü Hesablamalarda yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf

7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır (“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilməsi isə “Məxfi məlumatların işlənməsinə dair normativ sənəd Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s saylı sərəncamı ilə təsdiq edilmiş "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" adlı təlimata uyğun işlənilir.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Hər ilin I yarımili
8.2 Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur https://www.stat.gov.az/source/budget_households/
8.3 İstifadəçi girişi  Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır və Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s saylı sərancamı ilə təsdiq edilmiş “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” adlı sənəddə daha ətraflı məlumat verilmişdir https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
10.3 Onlayn məlumat bazası Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur.  https://www.stat.gov.az/source/budget_households/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq ilkin məlumatlardan istifadə edilə bilər
10.5 Digər Bütün məlumatlar istifadəçilər üçün ödənişsizdir.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/ 
10.7 Keyfiyyət üzrə sənədlər http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf

11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.

12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İldə bir dəfə Ev təsərrüfatları tədqiqatı ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələb və təklifləri qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

12.3 Dolğunluq Tədqiqat beynəlxalq təcrübə mənimsənilməklə həyata keçirilir, dolğundur və işlə bağlı sual qarşıya çıxmamışdır. Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik  Seçmə statistik müşahidəsinin layihəsinin tərtibi ölkənin bütün regionlarını əhatə edir. Seçmə planı regionlarda mövcud olan ev təsərrüfatlarının sayına mütənasib olaraq 0.5 faiz hesabı ilə tərtib olunur. Ölkənin bütün regionları üzrə reprezentativlik təmin olunur. Şöbə tərəfindən ilk növbədə yerli statiska orqanlarından qəbul edilən ilkin məlumatların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində metodoloji işləri davam etdirir. Məsləhətçilər ilə mütəmadi seminarlar təşkil edilir, yerlərdə nəzarət sorğuları həyata keçirilir və hər hansı metodoloji yeniliklər baş verərsə məsləhətçilər operativ olaraq məlumatlandırılırlar
13.2 Seçmə xətası Seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf 
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma İllik yekun məlumatlar əsaında ildə bir dəfə hesablanır
14.2 Tam vaxtında yerinə yetirmə Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Göstəricilər ölkə üzrə hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Digər sahə statistikası şöbələri tərəfindən yığılmadığından sahələrarası uyğunluq aparılmır.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Tətbiq edilmir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Məlumat üçün mənbə seçməyə düşən fərdi ev təsərrüfatlarıdır. 
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması  Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatlar real vaxt rejimində məlumat bazasına daxil edildikdən sonra emal prosesi həyata keçirilir. Məlumatların yoxlanması üçün SPSS proqram paketindən istifadə edilir və aşkar olunmuş uyğunsuzluqlar barədə ev təsərrüfatının tədqiqatını aparan məsləhətçilərə məlumat verilir, uyğunsuzluqlar barədə dəqiqləşmələr aparılır.
18.5 Məlumatların ümumiləşdirilməsi  Məlumatların kompiliyasiyası yoxdur.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.