Göstəricinin adı:
Əhalinin hər 10 000 nəfərinə düşən tibb işçilərinin sayı və onların bölüşdürülməsi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sosial statistika şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elçin Hacı
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sosial statistika şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elchin.haji@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 90 12
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
26.11.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
19.01.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Tibb işçilərinin ümumi sayının (müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, elmi tədqiqat institutlarında, tibbi kadr hazırlanması ilə məşğul olan müəssisələrdə, səhiyyə orqanları aparatında və s.yerlərdə işləyən, ali tibbi təhsili olan bütün həkimlərin və müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, məktəbəqədər müəssisələrdə, məktəblərdə, uşaq evlərində və s. yerlərdə işləyən orta tibbi təhsili olan bütün şəxslərin cəminin) əhalinin ümumi sayına olan nisbəti.
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat
|
3.3
|
Əhatə edilən sektor
|
Q SEKSİYASI. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Həkimlərin ümumi sayına - müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, elmi tədqiqat institutlarında, tibbi kadr hazırlanması ilə məşğul olan müəssisələrdə, səhiyyə orqanları aparatında və s.yerlərdə işləyən, ali tibbi təhsili olan bütün həkimlər daxil edilir.
|
3.5
|
Statistik vahid
|
Hüquqi şəxslər
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu bütün səhiyyə müəssisələrdir. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
|
3.7
|
İstinad zonası
|
Respublikanın bütün tibb müəssisələri üzrə.
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
|
3.9
|
Baza dövrü
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
|
4
1
|
Ölçü vahidi
|
nəfər
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Hesabatda olan göstəricilər səhiyyə sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Xəstəliklərin Beynəlxalq Təsnifatı 10 Baxış və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
|
8.3
|
İstifadəçi girişi
|
“Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
|
9
1
|
Yayım tezliyi
|
İllik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
“Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
https://stat.gov.az/source/healthcare/?lang=az
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-03-0c-01.pdf
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.Ölkə və regionlar üzrə göstərici hesablanır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
Müqayisə aparılmır.
|
16
1
|
Xərc və yük
|
Tətbiq edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Tətbiq edilmir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Tətbiq edilmir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumat üçün mənbə səhiyyə fəaliyyəti ilə məşğul olan müəssisələr.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Statistik vahidlər onlayn rejimdə təqdim edirlər.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Səhiyyəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|