Göstəricinin adı:
Bu siyahıda təhsilə aid olan və dezaqreqasiya oluna bilən bütün göstəricilər üzrə bərabərlik indeksləri (qadın/kişi, şəhər/kənd yeri, aşağı/yuxarı rifah kvintilinin əhalisi və məlumatların mövcudluğundan asılı olaraq digərləri, məsələn əlillər, yerli xalqlar və münaqişənin təsirinə məruz qalmış insanlar)
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sosial statistika şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elçin Hacı
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sosial statistika şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elchin.haji@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 90 12
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
24.07.2014
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
23.01.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Ali təhsil müəssisələrinə akademiyalar, universitetlər və institutlar aiddir. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını həyata keçirir və bu hazırlıq “Bakalavriat”, “Magistratura” (tibb təhsili istesna olmaqla) və “Doktorantura” səviyyələridir. Orta ixtisas təhsili müəssisələri (kolleclər) orta təhsilli peşəkar mütəxəssislər hazırlayır. Bunlara sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, iqtisadi, pedaqoji, musiqi, mədəni-maarif kollecləri və texnikumları, tibb, xoreoqrafik məktəbləri aiddir. Orta ixtisas təhsili müəssisələrində mütəxəssislərin hazırlanması istehsalatdan ayrılmaq və ya ayrılmamaq şərti ilə aparılır. İlk peşə-ixtisas təhsil müəssisələri (peşə məktəbləri və peşə liseyləri) – müxtəlif peşədən olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəlməsinə yönəldilən ilk peşə-ixtisas təhsili müəssisələridir. İlk peşə-ixtisas təhsil müəssisələrinə icbari təhsili başa vuran, sənətə meylli, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəni dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinə Əqli inkişafında gerilik olan uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəblər, Kar uşaqlar üçün xüsusi internat məktəblər, Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi internat məktəblər, Poliomelit və beyin iflici qalığı olan uşaqlar üçün xüsusi internat məktəblər, Nitqi qüsurlu uşaqlar üçün xüsusi internat məktəblər, Psixi inkişafında qüsurları olan uşaqlar üçün xüsusi məktəblər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün evdə məktəblər daxildir.
|
3.2
|
Təsnifat sistemi
|
İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
|
3.3
|
Əhatə edilən sektor
|
Sosial
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Ali təhsil müəssisələri hüquqi şəxs statusuna malik olan və ali ixtisas təhsilinin peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdir. Ali təhsil almaq məqsədilə təhsil verməni təhsil müəssisələrinin aşağıdakı növləri həyata keçirir: akademiyalar, universitetlər, institutlar, konservatoriyalar, kolleclər. Bu təhsil müəssisələrinin filialları, fakültələri, kafedraları, hazırlıq bölmələri, elmi-tədqiqat laboratoriyaları, magistraturaları, doktoranturaları, peşə təhsilinin təhsil bölmələri, təcrübə təsərrüfatları, təhsil teatrları və digər struktur bölmələri ola bilər.Orta ixtisas təhsilinin təhsil müəssisələri (orta ixtisas təhsili müəssisələri) orta ixtisas təhsilinin ixtisas təhsili proqramlarını həyata keçirən müəssisələrdir. Orta ixtisas təhsilinin təhsil müəssisələrinə kolleclər aiddir. Orta ixtisas təhsilinin təhsil müəssisələrinin filialları, tədris-məsləhət məntəqələri (müəssisələri), bölmələri, hazırlıq kursları, tədris kabinetləri və laboratoriyaları, tədris və tədris-istehsal emalatxanaları və təsərrüfatları, təlim poliqonları, mütəxəssis və işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması və digər struktur bölmələri ola bilər. Orta ixtisas təhsilinin təhsil müəssisələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır, fəaliyyət göstərir, yenidən təşkil edilir və ləğv edilir.İlk peşə-iхtisas məssisələri - ilk peşə-iхtisas təhsili əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
|
3.5
|
Statistik vahid
|
Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri,ilk peşə-ixtisas təhsili müəssisələri və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərində təhsil alanlar aiddir.Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
|
3.7
|
İstinad zonası
|
Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri ilk peşə-ixtisas təhsili müəssisələri və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri
|
3.8
|
Vaxt əhatəliyi
|
1990-cı ildən başlayaraq bütün illəri əhatə edir.
|
3.9
|
Baza dövrü
|
2015
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Təhsilin Beynəlxalq Standard Təsnifatı (ISCED 2011)
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
|
10.3
|
Onlayn məlumat bazası
|
https://stat.gov.az/source/education/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
"Ali təhsil müəssisələri haqqında" 1-ali təhsil (bakalavr) №-li forması, "Orta ixtisas təhsili müəssisələri" 1-orta ixtisas təhsili №-li forması , "İlk peşə-ixtisas təhsili müəssisələri haqqında" 1-ilk peşə-ixtisas təhsili №-li forması və "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri haqqında" 1-xüsusi məktəb №li forma doldurulmasına dair göstəriş (http://www.stat.gov.az)
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Nəşr olunmuş və yayılmış rəsmi statistika məlumatlarında yol verilmiş səhvlərin düzəldilməsi qaydaları Statistik biznes-prosesin ümumi modeli (Azərbaycan versiyası, üçüncü redaksiya) Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzəyə dair standartlar və tövsiyələr Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təşkil edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəçilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndirmə aparılmamışdır
|
13.2
|
Seçmə xətası
|
Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Ali təhsil ,orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili müəssisələri və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
|
15.4
|
Daxili uyğunluq
|
Ali təhsil ,orta ixtisas təhsili və İlk peşə-ixtisas təhsili müəssisələrini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
|
16
1
|
Xərc və yük
|
1-ali təhsil (bakalavr) №-li,1-orta ixtisas təhsili №-li, 1-ilk peşə-ixtisas təhsili №-li və 1-xüsusi məktəb №li illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Ali təhsil müəssisələrinə dair məlumatlar 1-ali təhsil (bakalavr) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ali məktəblərdir.Orta ixtisas təhsili müəssisələrinə dair məlumatlar 1-orta ixtisas təhsili №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Peşə məktəbləri və peşə liseyləridir. İlk peşə-ixtisas təhsili müəssisələrinə dair məlumatlar 1-ilk peşə-ixtisas təhsili №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Peşə məktəbləri və peşə liseyləridir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinə dair məlumatlar "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri haqqında" 1-xüsusi məktəb №li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləridir
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Mülkiyyət növündən asılı olmayaraq, ali təhsil, orta ixtisas təhsili və ilk peşə-ixtisas təhsili müəssisələri və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edirlər.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Ali təhsil, orta ixtisas təhsili və ilk peşə-ixtisas təhsili müəssisələrinə və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
|
18.6
|
Düzəlişlər
|
Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|