Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Göstərici 4.6.1 Gənclər və böyüklər arasında savadlılıq səviyyəsi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  4.6.1 Gənclər və böyüklər arasında savadlılıq səviyyəsi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Gənclər və böyüklər arasında savadlılıq səviyyəsi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elcin.haji@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12; +99412 377 10 70 (22-70)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 31.08.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 18.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 17.03.2026
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Ali təhsil müəssisələrinə akademiyalar, universitetlər və institutlar aiddir. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını həyata keçirir və bu hazırlıq “Bakalavriat”, “Magistratura” (tibb təhsili istesna olmaqla) və “Doktorantura” səviyyələridir.  Orta ixtisas təhsili müəssisələri (kolleclər) orta təhsilli peşəkar mütəxəssislər hazırlayır. Bunlara sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, iqtisadi, pedaqoji, musiqi, mədəni-maarif kollecləri və texnikumları, tibb, xoreoqrafik məktəbləri aiddir. Orta ixtisas təhsili müəssisələrində mütəxəssislərin hazırlanması istehsalatdan ayrılmaq və ya ayrılmamaq şərti ilə aparılır.  İlk peşə-ixtisas təhsil müəssisələri (peşə məktəbləri və peşə liseyləri) – müxtəlif peşədən olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəlməsinə yönəldilən ilk peşə-ixtisas təhsili müəssisələridir. İlk peşə-ixtisas təhsil müəssisələrinə icbari təhsili başa vuran, sənətə meylli, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəni dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar.  Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinə Əqli inkişafında gerilik olan uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəblər, Kar uşaqlar üçün xüsusi internat məktəblər, Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi internat məktəblər, Poliomelit və beyin iflici qalığı olan uşaqlar üçün xüsusi internat məktəblər, Nitqi qüsurlu uşaqlar üçün xüsusi internat məktəblər, Psixi inkişafında qüsurları olan uşaqlar üçün xüsusi məktəblər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün evdə məktəblər daxildir.
3.2 Təsnifat sistemi İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
3.3 Əhatə edilən sektor Sosial
3.4 Statistik anlayışlar və təriflər Ali təhsil müəssisələri hüquqi şəxs statusuna malik olan və ali ixtisas təhsilinin peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdir. Ali təhsil almaq məqsədilə təhsil verməni təhsil müəssisələrinin aşağıdakı növləri həyata keçirir: akademiyalar, universitetlər, institutlar, konservatoriyalar, kolleclər. Bu təhsil müəssisələrinin filialları, fakültələri, kafedraları, hazırlıq bölmələri, elmi-tədqiqat laboratoriyaları, magistraturaları, doktoranturaları, peşə təhsilinin təhsil bölmələri, təcrübə təsərrüfatları, təhsil teatrları və digər struktur bölmələri ola bilər.Orta ixtisas təhsilinin təhsil müəssisələri (orta ixtisas təhsili müəssisələri) orta ixtisas təhsilinin ixtisas təhsili proqramlarını həyata keçirən müəssisələrdir. Orta ixtisas təhsilinin təhsil müəssisələrinə kolleclər aiddir. Orta ixtisas təhsilinin təhsil müəssisələrinin filialları, tədris-məsləhət məntəqələri (müəssisələri), bölmələri, hazırlıq kursları, tədris kabinetləri və laboratoriyaları, tədris və tədris-istehsal emalatxanaları və təsərrüfatları, təlim poliqonları, mütəxəssis və işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması və digər struktur bölmələri ola bilər. Orta ixtisas təhsilinin təhsil müəssisələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır, fəaliyyət göstərir, yenidən təşkil edilir və ləğv edilir.İlk peşə-iхtisas məssisələri - ilk peşə-iхtisas təhsili əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
3.5 Statistik vahid Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
3.6 Statistik məcmu Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün  ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri  ilk peşə-ixtisas təhsili müəssisələri və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri
3.8 Vaxt əhatəliyi Məlumatlar 2020-ci ildən etibarən mövcuddur.
3.9 Baza dövrü Məlumatlar 2020-ci ildən etibarən mövcuddur.
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Təhsilin Beynəlxalq Standard Təsnifatı (ISCED 2011)
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. https://e-qanun.az/framework/8882  Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf 
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Dövlət Statistika Komitəsinin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/6/calendar_y/ 
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır və Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” adlı sənəddə daha ətraflı məlumat verilmişdir (http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf).
9 1 Yayım tezliyi
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər https://stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası https://stat.gov.az/source/education/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Bütün məlumatlar istifadəçilər üçün ödənişsizdir.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/ 
10.7 Keyfiyyət üzrə sənədlər http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf

İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.

11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəçilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2025-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3 Dolğunluq Məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır.
13.2 Seçmə xətası Seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun olaraq həyata keçirilir.
14.2 Tam vaxtında yerinə yetirmə “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Göstəricilər ölkə üzrə hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2020-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Yekun məlumatlar 2020-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.4 Daxili uyğunluq Digər sahələrdə olan statistik məlumatlarla uyğunluq təşkil etmir.
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Məlumatların dəqiqləşdirilməsinə ehtiyac yaranmayıb. Çünki yekun məlumatlar əsasında hesablanır.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Ali təhsil müəssisələrinə dair məlumatlar 1-ali təhsil (bakalavr) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ali məktəblərdir.Orta ixtisas təhsili müəssisələrinə dair məlumatlar 1-orta ixtisas təhsili №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Peşə məktəbləri və peşə liseyləridir.  İlk peşə-ixtisas təhsili müəssisələrinə dair məlumatlar 1-ilk peşə-ixtisas təhsili №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Peşə məktəbləri və peşə liseyləridir.  Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinə dair məlumatlar "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri haqqında" 1-xüsusi məktəb №li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləridir
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Mülkiyyət növündən asılı olmayaraq, ali təhsil, orta ixtisas təhsili və  ilk peşə-ixtisas təhsili müəssisələri və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) https://stat.gov.az/ internet səhifəsində real vaxt rejimində təqdim edirlər.
18.5 Məlumatların ümumiləşdirilməsi Ali təhsil, orta ixtisas təhsili və ilk peşə-ixtisas təhsili müəssisələrinə və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri  dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19 1 Şərh Əlavə şərh yoxdur.