Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Göstərici 5.6.2 15 və yuxarı yaşda olan qadın və kişilərə cinsi və reproduktiv sağlamlığın qorunması üzrə xidmətlərə və bu sahədə informasiya və maarifləndirməyə tam və bərabər çıxış imkanını təmin edən qanun və digər hüquqi aktların mövcudluğu

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III hissəsinə görə dövlət cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını cinsi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmçinin Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq hüququ vardır.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində kişi və qadınların hüquq bərabərliyinə təminat verilir.

Əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətlər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla tənzimlənir. Həmçinin Qanunun V fəsli ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsini əhatə edir.

“Gənclər siyasəti haqqında” Qanunun 4.0.13-cü maddəsinə uyğun olaraq gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi dövlətin vəzifələrinə aid edilmişdir. Bu Qanunun 7.1-ci maddəsinə müvafiq olaraq Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları Səhiyyə Nazirliyi ilə birlikdə fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirləri həyata keçirirlər.

Eyni zamanda Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş bir sıra dövlət proqramlarında reproduktiv sağlamlıqla bağlı tədbirlər nəzərdə tutulmuşdur.

Ailə Məcəlləsinin (bundan sonra- Məcəllə) 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində bağlanmış nikah tanınır.

Məcəllənin 1.5-ci maddəsinə görə dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2011-ci il 15 noyabr tarixli 255-IVQD nömrəli Qanuna əsasən qadınlar üçün minimal nikah yaşı kişilərlə bərabərləşdirilərək bir il artırılmış və 18 yaş müəyyən edilmişdir.

Məcəllənin 10.2-ci maddəsinə görə üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Məcəllənin 11-ci maddəsinə uyğun olaraq nikah yaşına çatmayan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir.

Mənbə: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: 15 və yuxarı yaşda olan qadın və kişilərə cinsi və reproduktiv sağlamlığın qorunması üzrə xidmətlərə və bu sahədə informasiya və maarifləndirməyə tam və bərabər çıxış imkanını təmin edən qanun və digər hüquqi aktların mövcudluğu
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Dayanıqlı inkişaf statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs İlqar Vəliyev
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu ilgar.valiyev@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi (+99412) 377 10 70 daxili: 2251
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi (+99412) 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 11.11.2020
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 11.11.2020
2.3 Metaməlumatların son yenilənməsi tarixi 05.05.2025
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı
Əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətlər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmçinin Qanunun V fəsli ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsini əhatə edir.
3.2 Təsnifat sistemi Tətbiq edilmir.
3.3 Əhatə edilən sektor Tətbiq edilmir.
3.4 Statistik anlayışlar və təriflər
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində kişi və qadınların hüquq bərabərliyinə təminat verilir.
3.5 Statistik vahid
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
3.6 Statistik məcmu Tətbiq edilmir.
3.7 İstinad zonası Ölkə üzrə.
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
3.9 Baza dövrü Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
4 1 Ölçü vahidi Tətbiq edilmir.
5 1 Hesabat dövrü İllik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunu“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu, “Gənclər siyasəti haqqında” Qanunu, Azərbaycan Respublikasının Konstitusiyası
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən toplanılır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9 1 Yayım tezliyi
10 1 Bərabər giriş və aydınlıq İllik
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası Hazır cədvəllər bu linkdə mövcuddur: sdg.azstat.gov.az
10.4 Mikroməlumatlara giriş Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-05-06-02.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf


11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.


12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 


12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Tətbiq edilmir.
13.3 Qeyri-seçmə xətası

Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf


14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır. 
14.2 Tam vaxtında yerinə yetirmə Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisə aparılmır.
15.2 Vaxt üzrə müqayisəlilik Tətbiq edilmir.
15.3 Sahələrarası uyğunluq Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Tətbiq edilmir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Tətbiq edilmir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar İlkin məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərərəfindən təqdim edilir.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövrilikdə toplanılır.
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılmır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.