Göstəricinin adı:
Su ehtiyatlarına düşən yükün səviyyəsi: götürülmüş şirin suyun mövcud şirin su ehtiyatlarında xüsusi çəkisi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Energetika və ətraf mühit statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Emil Məmmədov
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
emil.mammadov@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 63 03
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
02/02/2023
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
02/02/2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26/08/2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
“Su ehtiyatlarına yükün səviyyəsi: yığılmış şirin suyun mövcud şirin su ehtiyatlarına faiz nisbəti” ekoloji suya tələbat nəzərə alındıqdan sonra bütün əsas sahələr üçün götürülən şirin su ehtiyatlarının ümumi həcminin bütün bərpa oluna bilən şirin su ehtiyatlarının ümumi həcminə nisbətidir.Bu göstərici həm də sugötürmə intensivliyi kimi təsvir edilir.
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat
|
3.3
|
Əhatə edilən sektor
|
E seksiyası-Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Bu göstərici ölkədə bütün sahələrin ölkənin bərpa olunan şirin su ehtiyatlarına təzyiqini hesablayır. Su ehtiyatlarına təzyiqin aşağı səviyyədə olması onu göstərir ki, bütün sektorlar tərəfindən istifadə edilən bütün su ehtiyatlarının həcmi mövcud ehtiyatlarla müqayisədə azdır və bu səbəbdən ehtiyatların dayanıqlılığına və ya istifadəçilər arasında rəqabətə potensial təsiri azdır. Su ehtiyatlarına təzyiqin yüksək səviyyədə olması isə onu göstərir ki, bütün sektorların sudan ümumi istifadəsi bərpa olunan şirin su ehtiyatlarının ümumi həcminin nəzərəçapacaq dərəcədə böyük bir hissəsini təşkil edir və bu, nəticədə ehtiyatların dayanıqlılığına daha böyük təsir göstərməklə yanaşı, istifadəçilər arasında potensial münaqişə və rəqabətə səbəb ola bilər. Bərpa olunan şirin su ehtiyatlarının ümumi həcmi (BŞÜH) bərpa olunan daxili və xarici su ehtiyatlarının ümumi miqdarıdır. Burada “su ehtiyatları” və “sudan istifadə” dedikdə şirin su ehtiyatları və şirin su ehtiyatlarından istifadə nəzərdə tutulur. Bərpa olunan daxili su ehtiyatları müəyyən ölkədə çayların illik axımının və yeraltı suların endogen yağıntı nəticəsində yaranan təkrar qidalanma həcminin uzunmüddətli illik orta kəmiyyəti kimi müəyyən olunur. Bərpa olunan kənar su ehtiyatları dedikdə, ölkəyə daxil olan su axınları nəzərdə tutulur. Bu zaman müqavilə və ya sazişlərə əsasən yuxarı və aşağı axarlarda yerləşən ölkələr üçün saxlanılan axınların həcmi də nəzərə alınır. Mənbədən götürülən şirin su ehtiyatının ümumi həcmi (MŞÜH) kənd təsərrüfatı, sənaye və məişətdə istifadə üçün mənbədən (çay, göl,sulu lay) götürülən şirin suyun həcmidir. O, aşağıdakı 3 əsas sektor üçün ölkə səviyyəsində hesablanır: kənd təsərrüfatı, məişətdə istifadə və sənaye Mənbədən götürülən şirin suya birinci dəfə götürülən şirin su (mənbədən daha əvvəl götürülməmiş), ikinci dəfə götürülən şirin su (daha əvvəl mənbədən götürülmüş və çaylara və yeraltı sulara qayıtmış su - məs.təmizlənib buraxılmış çirkab suyu və kənd təsərrüfatında drenaj suyu) və qrunt suları daxildir. Buraya qeyri-ənəvi su, məsələn, təmizlənmiş çirkab suyunun birbaşa istifadəsi, kənd təsərrüfatının drenaj suyunun birbaşa istifadəsi və duzdan təmizlənmiş su daxil deyil. MŞÜH sahələr üzrə mənbədən götürülən ümumi su ehtiyatlarının cəmindən təmizlənmiş çirkab suyunun birbaşa istifadəsi, kənd təsərrüfatının drenaj suyunun birbaşa istifadəsi və duzdan təmizlənmiş suyu çıxmaqla hesablanır. Suya olan ekoloji tələbat (SET) şirin sulu və mənsəb ekosistemlərini saxlamaq üçün tələb olunan su həcmidir. Suyun keyfiyyəti və ekosistem xidmətləri bu hesablamaya daxil edilmir. Bu hesablama suyun həcmi ilə məhdudlaşr. Bu o demək deyil ki, ekoloji axınlardan asılı olan cəmiyyətlərə dəstək və keyfiyyət önəmli deyil və diqqət yetirilməməlidir. SET-in hesablanması ilə bağlı üsullar son dərəcə dəyişkəndir və qlobal qiymətləndirmələrdən çay zolaqları üzrə kompleks qiymətləndirmələrə qədər dəyişir. Bu DİM-in məqsədləri üçün su həcmləri MÜŞH ilə eyni vahidlərlə, daha sonra isə mövcud su ehtiyatlarının faiz göstəricisi kimi ifadə oluna bilər.
|
3.5
|
Statistik vahid
|
Hüquqi şəxslər
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə sudan istifadə edən təsərrüfatlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
|
3.7
|
İstinad zonası
|
Respublika
|
3.8
|
Vaxt əhatəliyi
|
2000-ci ildən başlayaraq bütün illəri əhatə edir.
|
3.9
|
Baza dövrü
|
2015
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekoloji göstəricilər və onlara əsaslanan qiymətləndirmə məruzələri"ndən istifadə olunur
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Göstərici Meliorasiya və Su Təsərrüfatı ASC (2-TG (su təsərrüfatı) №-li hesabat əsasında) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilən məlumatlar əsasında hesablanır
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Komitənin rəsmi internet səhifəsində ingilis və azərbaycan dillərində yerləşdirilir
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/environment/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi "Su ehtiyatlarına təzyiq səviyyəsi: yığılmış şirin suyun mövcud şirin su ehtiyatlarına faiz nisbəti" ilə bağlı metodologiya
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Müşahidə nəticəsində alınmış qiymət həqiqi qiymətə tam uyğundur
|
13.2
|
Seçmə xətası
|
Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 92 təqvim, 61 iş günü mövcuddur.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Su barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
|
15.4
|
Daxili uyğunluq
|
Sudan istifadəni xarakterizə edən göstəricilər üzrə (təbii mənbələrdən götürülən su, su istehlakı, atılan çirkab su, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s.) ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
|
16
1
|
Xərc və yük
|
2-TG (su təsərrüfatı)№-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qarşıdakı illərdə onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verəcək. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradacaq.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-ci il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlament üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Sudan istifadəyə dair məlumatlar 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Şirin su ehtiyatlarına dair məlumatları isə ETSN təqdim edir.Mənbə sudan istifadə edən təsərrüfatlar və ETSN-dir.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Sudan istifadəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|