Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Göstərici 6.5.2 Suyun istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişlərlə əhatə olunan transsərhəd su hövzələrinin xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   6.5.2 Suyun istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişlərlə əhatə olunan transsərhəd su hövzələrinin xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Suyun istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişlərlə əhatə olunan transsərhəd su hövzələrinin xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Dayanıqlı inkişaf statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs İlqar Vəliyev
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu ilgar.valiyev@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi (+99412) 377 10 70 daxili: 2251
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi (+99412) 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 19.01.2023
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 19.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Su sahəsində əməkdaşlıq haqqında işlək sazişlərlə əhatə olunan transsərhəd  su hövzələrinin xüsusi çəkisi transsərhəd hövzələrin su sahəsində əməkdaşlığa dair işlək sazişə malik ölkənin daxilində olan hissəsinin sahəsidir. Bu göstəricini hesablamaq üçün, işlək sazişlə əhatə olunan transsərhəd yerüstü su hövzələrinin və transsərhəd sulu layların (transsərhəd hövzələr) ölkə daxilindəki hissəsinin sahələrini toplayaraq, əldə olunmuş sahəni ölkədə bütün transsərhəd hövzələrin (həm sutoplayıcı hövzələr, həm də sulu laylar) ümumi sahəsinə bölmək lazımdır. Faizlə ifadə etmək üçün, alınan nəticə 100-ə vurulur.
3.2 Təsnifat sistemi Tələb olunmur
3.3 Əhatə edilən sektor Tətbiq edilmir.
3.4 Statistik anlayışlar və təriflər
Transsərhəd hövzələr iki və ya daha artıq dövlət arasındakı sərhədlərdən keçən və ya sərhədləri üzərində yerləşən transsərhəd suların, yəni, hər hansı yerüstü suların (əsasən çaylar, göllər) və ya yeraltı suların hövzələridir. Bu göstəricinin hesablanması məqsədilə yerüstü su hövzəsi sutoplayıcı hövzənin sahəsidir, yeraltı suların hövzəsi isə sulu layın sahəsi hesab edilir.
Təklif olunan monitorinqə hər ölkənin paylaşdığı transsərhəd hövzələrin coğrafi əhatə dairəsi daxildir və o, bu hövzələrin işlək əməkdaşlıq sazişləri ilə əhatə olunub-olunmamasının monitorinqinə yönəlir. Konkret bir hövzədə əməkdaşlığın “işlək” hesab edilməsi üçün qarşılanmalı olan meyarlar mövcud sazişlərin həqiqətən də su idarəçiliyi üzrə əməkdaşlıq üçün adekvat özül yaradıb-yaratmadığını əks etdirməyə yönəlir.
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası Ölkə üzrə
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü İqtisadi inkişaf və struktur dəyişiklikləri nəzərə alınaraq baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2015-ci ildir
4 1 Ölçü vahidi faizlə
5 1 Hesabat dövrü İllik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Azərbaycan Respublikasının Su məcəlləsi
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən toplanılır və hesablanılır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası

Məlumatlar bu linkdə mövcuddur: https://www.sdg.azstat.gov.az

10.4 Mikroməlumatlara giriş Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-6-3-2.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf

 

11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.

 

12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

12.3 Dolğunluq  Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası

Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf

14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır. 
14.2 Tam vaxtında yerinə yetirmə Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisə aparılmır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır. 
15.3 Sahələrarası uyğunluq Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar İlkin məlumatlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərərəfindən təqdim edilir.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövrilikdə toplanılır.
18.3 Məlumatların toplanması Məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məktubla poçt vasitəsi ilə DSK-ya göndərilir.
18.4 Məlumatlara nəzarət Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.