|
Göstəricinin adı:
İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi hesablanan enerji tutumu
|
|
1
1
|
Əlaqə
|
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Energetika və ətraf mühit statistikası şöbəsi
|
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Emil Məmmədov
|
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
|
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
emil.mammadov@stat.gov.az
|
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 3771070 (2224)
|
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
31/08/2018
|
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
31/08/2018
|
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
03/06/2025
|
|
3
1
|
Statistik təqdimat
|
|
|
3.1
|
Məlumatların izahı
|
Enerji tutumu iqtisadiyyatın ümumi məhsul buraxılışının hər bir vahidinin dəyərinə görə iqtisadiyyata təmin olunan enerjini ifadə edir. Ümumi enerji miqdarını (Ümumi Enerji Təchizatı) ÜDM-ə bölməklə əldə edilir. Enerji tutumu iqtisadiyyatın ümumi məhsul buraxılışının məhsulun bir vahidini istehsal etmək üçün istifadə olunan enerjinin həcmini bildirir. Başqa sözlə, bu, ümumi iqtisadi buraxılışı istehsal etmək üçün iqtisadiyyatın enerjidən səmərəli istifadə etmə göstəricisidir. Bu göstəricinin aşağı olması o deməkdir ki, bir məhsul vahidini istehsal etmək üçün az həcmdə enerji istifadə olunub.
|
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Sənaye Məhsullarının Təsnifatı və İnzibati-Ərazi Bölgüsü Təsnifatı
|
|
3.3
|
Əhatə edilən sektor
|
İqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən müəssisələrinin təqdim etdiyi məlumatlara əsaslanır.
|
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Enerji Statistikası üzrə Beynəlxalq Tövsiyələrə (IRES) əsasən, ümumi enerji təchizatı istehsalın üzərinə xalis idxalı gəlməklə, daha sonra alınan cəmdən beynəlxalq dənizçilik və aviasiya bunkerlərini çıxmaqla və bu fərqin üzərinə birjada aktivlərin ilin əvvəlində açılış və ilin sonunda bağlanış qiyməti arasındakı fərqini gəlməklə hesablanır.
|
|
3.5
|
Statistik vahid
|
Hüquqi və fiziki şəxslər
|
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə məlumatlar müəssisə, təşkilatlar, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən təqdim edilir. Məlumatlar istehsal üzrə başdan-başa, istehlak üzrə isə seçmə qaydada müşahidə metodu ilə əldə edilir.
|
|
3.7
|
İstinad zonası
|
Respublika, rayonlar
|
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2010-cu ildən başlayaraq bütün illəri əhatə edir.
|
|
3.9
|
Baza dövrü
|
2015
|
|
4
1
|
Ölçü vahidi
|
kq neft ekvivalenti/min manatla
|
|
5
1
|
Hesabat dövrü
|
illik
|
|
6
1
|
İnstitusional mandat
|
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
|
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatların hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
|
7
1
|
Məxfilik
|
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatlar və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
|
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
|
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
|
9
1
|
Yayım tezliyi
|
illik
|
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
|
10.2
|
Nəşrlər
|
"Enerji məhsullarının hərəkəti" statistik bülleten və "Azərbaycanın energetikası" adlı məcmuədə nəşr olunur.
|
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/balance_fuel/?lang=az
|
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır.Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş"tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun ilkin məlumatlardan istifadə edə bilər.
|
|
10.5
|
Digər
|
İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi http://www.azstat.org/xidmetler/st_melumat/
|
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
"Enerji məhsullarının hərəkəti haqqında" 4–enerji №-li, "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında" 1-alternativ enerji, 9-energetika, 5-istehlak, 24-energetika rəsmi statistik hesabat formaları, eyni zamanda "Fərdi sahibkar tərəfindən enerji məhsullarının istehlakı haqqında" 2-energetika (fərdi sahibkar) №-li və "Ev təsərrüfatında enerji məhsullarının istehlakı haqqında" 3-energetika (ev təsərrüfatı) seçmə statistik müşahidənin sorğu anketinin doldurulmasına dair göstəriş (http://www.stat.gov.az/menu/4/e-reports/az/07/007_.php)
|
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumu haqqında keyfiyyət məruzəsi yazılmamışdır.
|
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
|
12
1
|
Aktuallıq
|
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İldə bir dəfə energetika statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
|
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur.
|
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndirmə aparılmamışdır.
|
|
13.2
|
Seçmə xətası
|
Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
|
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Hesab dövrünün son günü ilə nəşr tarixi arasında 135 iş günü və ya 212 təqvim günü mövcuddur.
|
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
"İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumui"nun hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.
|
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
|
15.3
|
Sahələrarası uyğunluq
|
Digər sahələrlə kənarlaşmalar müşahidə olunmur.
|
|
15.4
|
Daxili uyğunluq
|
İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumunu xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
|
|
16
1
|
Xərc və yük
|
|
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş ‘Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti’ üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
|
|
18
1
|
Statistik emal
|
|
|
18.1
|
İlkin məlumatlar
|
Elektrik enerjisinə dair məlumatlar 9-energetika №-li, 24-energetika №-li, 5-istehlak №-li, 1-alternativ enerji№-li və 4–enerji №-li rəsmi statistik hesabat formaları, eyni zamanda 2-energetika (fərdi sahibkar) №-li və 3-energetika (ev təsərrüfatı) seçmə statistik müşahidənin sorğu anketi vasitəsilə toplanır. Mənbə elektrik enerjisini istehsal və istehlak edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.
|
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
|
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumu dair impyutasiyalar həyata keçirilmir.
|
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|