Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Göstərici 7.b.1 İnkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji istehsalı qurğularının istehsal gücü (adambaşına Vatt ilə)


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  7.b.1 İnkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji istehsalı qurğularının istehsal gücü (adambaşına Vatt ilə)
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İnkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji istehsalı qurğularının istehsal gücü (adambaşına Vatt ilə)
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Emil Məmmədov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu emil.mammadov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi (+99412) 377 10 70 / 2224
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi (+99412) 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 20.12.2021
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 20.12.2021
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Bərpa olunan enerji istehsalı qurğularının istehsal gücü haqqında
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri Təsnifatı və İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019. Bütün təsnifatlara giriş:http://www.azstat.org/tesnifat/ Təsnifatlar yalnız azərbaycan dilində mövcuddur.
3.3 Əhatə edilən sektor D seksiyası - Elektrik enerjisi, qaz, buxar kondisiyalaşdırılmış hava ilə təchizat
3.4 Statistik anlayışlar və təriflər Elektrik stansiyasının ilin sonuna müəyyən edilmiş gücü elektrik stansiyalarında quraşdırılmış bütün əsas avadanlıqların nominal aktiv güclərinin cəminə görə müəyyən edilir.
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Hüquqi şəxs statusu olan müəssisə və təşkilatlarda elektrik stansiyaların gücünə dair məlumatlar toplanır
3.7 İstinad zonası Azərbaycan Respublikasının inzibati rayonları və şəhərləri.
3.8 Vaxt əhatəliyi Məlumatlar 2000-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü İqtisadi inkişaf və struktur dəyişiklikləri nəzərə alınaraq baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2000-ci ildir
4 1 Ölçü vahidi MVt
5 1 Hesabat dövrü İllik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  “Rəsmi statistika haqqında qanun”. BMT-nin statistika şöbəsinin “Enerji statistikasına dair beynəlxalq tövsiyələr”indən, Avrostat və BEA-nın metodologiyalarından istifadə olunur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. Avrostat, İƏİT, BMT, BEA, BBOEMA, MDB və s. təşkilatlara məlumatlar təqdim edilir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Göstəriciyə dair əsas məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən illik statistik məcmuələrdə (avqust ayında "Azərbaycanın energetikası") əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/balance_fuel/?lang=az
10.4 Mikroməlumatlara giriş Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Avrostat, İƏİT, BMT, BEA, BBOEMA mütəmadi olaraq müvafiq məlumatlarla təmin olunur. Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://www.stat.gov.az/menu/7/other_metadata/
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf

 

11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.

12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

 

12.3 Dolğunluq "Elektrik stansiyalarının gücü" haqqında məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır. 
15.3 Sahələrarası uyğunluq  Digər sahələrdə olan statistik məlumatlarla uyğunluq təşkil etmir.
15.4 Daxili uyğunluq Bu müayinənin nəticələrində daxili uyğunluq tam təmin olunmuşdur.
16 1 Xərc və yük Statistik xərcin və yükün azaldılması məqsədilə hesabatlar onlayn rejimdə toplanır, kiçik müəssisələr məlumatları rüblük dövrülüklə təqdim edirlər.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Yenidən baxılma həyata keçirilmir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Elektrik stansiyalarının gücünə dair məlumatlar 24-energetika, 1-bərpa olunan enerji,    6-TG (hidro) №-li rəsmi statistika hesabatı formaları vasitəsilə toplanır.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövrilikdə toplanılır.
18.3 Məlumatların toplanması Statistik vahidlər onlayn rejimdə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir. Yerli statistika orqanları isə öz növbəsində məlumatların vaxtlı-vaxtında təqdim edilməsi və keyfiyyətli işlənməsini təmin edir.
18.4 Məlumatlara nəzarət DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Elektrik stansiyaların gücünə dair impyutasiyalar həyata keçirilmir.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır
19 1 Şərh Əlavə şərh yoxdur.