Göstəricinin adı:
Məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nuru Süleymanov
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nuru.suleymanov@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 3771070 (2215)
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
7/26/2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
7/26/2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26/08/2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti dedikdə, məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-də illik dəyişikliyin faizlə ifadəsi nəzərdə tutulur.
|
3.2
|
Təsnifat sistemi
|
• İqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT); • Məşğulluq təsnifatı; • Mülkiyyət növləri təsnifatı; • İnzibati ərazi bölgüsü təsnifatı; • Milli Təhsil Təsnifatı http://www.azstat.org/tesnifat/
|
3.3
|
Əhatə edilən sektor
|
Müşahidə iqtisadiyyatın bütün sektorlarını əhatə edir.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Ümumi Daxili Məhsul (ÜDM): ÜDM ölkənin məcmu buraxılışının əsas ölçüsü olmaqla, müəyyən ölkənin iqtisadiyyatı daxilində istehsal olunmuş bütün son mal və xidmətlərinin ümumi dəyərini əks etdirir (yəni müəyyən ildə ölkə sərhədləri daxilində istehsal olunmuş bütün əmtəə və xidmətlərin dollarla dəyəri). Milli Hesablar Sisteminə əsasən (MHS), “ÜDM bütün rezident istehsalçı vahidlərinin məcmu ələvə dəyəri ilə məhsullara qoyulan vergilərin buraxılışın dəyərinə daxil olunmayan hissəsi (ola bilər ki, hamısı) ilə cəmindən məhsullara aid subsidiyaların çıxılması ilə əldə olunan nəticəyə bərabərdir. ÜDM, həmçinin, rezident istehsalçı vahidlər üzrə paylanan əsas gəlirlərin cəminə bərabərdir.” Məşğul əhali: Bir gün və ya bir həftə kimi qısa istinad müddətində (i) natura və ya nağd formada ödəniş, mənfəət və ya ailə qazancı üçün müəyyən qədər işləmiş (hətta 1 saat belə); və ya (ii) bu müddət ərzində iş yeri olmuş və ya “müvəqqəti” olaraq işlədiyi müəssiədə olmamış (məs.xəstəlik, analıq, valideynlik məzuniyyəti, bayram, təlim, əmək mübahisəsi) əmək qabiliyyətli yaşda olan əhali (adətən 15 yaş və yuxarı).
|
3.5
|
Statistik vahid
|
Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorları ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricisidir. Müşahidə vahidi – Məşğul insanlar Hesabat vahidi – seçmə müayinəyə daxil edilmək üçün seçilmiş ev təsərrüfatları və onların üzvləri
|
3.6
|
Statistik məcmu
|
ÜDM göstəricisinin hesablanması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən ÜDM üçün statistik məcmuə anlayışı münasib deyil; Baş məcmuya milli qanunvericilik ilə müəyyən olunmuş əmək qabiliyyətili yaşda olan bütün işsiz əhali daxildir.
|
3.7
|
İstinad zonası
|
Ümumi daxili məhsul-iqtisadi vahidlərin -rezidentlərin ölkə ərazisində son istehlak üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdıqları əlavə dəyərin həcmidir; Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
|
3.8
|
Vaxt əhatəliyi
|
Məşğul əhali 2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında hesablanır.
|
3.9
|
Baza dövrü
|
Ümumi daxili məhsul -2005, Məşğul əhali-Göstəricinin baza dövrü yoxdur, çünki indeks hesablanmır.
|
4
1
|
Ölçü vahidi
|
nəfər, faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Ümumi daxili məhsul beynəlxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır.; Milli və Beynəlxaq Əmək Təşkilatının metodologiyasına əsasən uyğunlaşdırılıb.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Bütün beynəlxalq təşkilatlara və yerli istifadəçilərə. Məşğul əhalinin sayının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Dövlət Statistika Komitəsi ilkin məlumatların məxviliyinə zəmanət verir.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin aylıq göstəricisi hesabat dövründən sonrakı ayın10-cu günü, rüblük-hesabat dövründən sonra 45-ci gün və illik növbəti ilin 15 yanvar tarixində şöbə tərəfindən təhvil verilir və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilir.Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
https://www.stat.gov.az/menu/4/publications/
|
8.3
|
İstifadəçi girişi
|
https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Göstəriciyə dair əsas məlumatlar: Aylıq bülleten "Sosial-iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər", "Azərbaycan gəncləri" Dövlət Statistika Komitəsinin internet saytda mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
http://www.stat.gov.az/source/system_nat_accounts/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
|
10.5
|
Digər
|
MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji material "Statistika üzrə əsas göstəricilər", Azərbaycanın Milli Hesabları" adlı nəşrlərdə və ya bu linkdə tapmaq olar http://www/stat.gov.az/menu/7/other_metadata/.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Əsas istifadəçilər: • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), • İqtisadiyyat Nazirliyi (İN), • Təhsil Nazirliyi (TN), • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) • digər dövlət orqanları beynəlxalq təşkilatlar: • Beynəlxalq Əmək Təşkilatı (BƏT), • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və s.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
National Accounts System (NAS)-1993 və National Accounts System (NAS) -2008 çərçivəsində ÜDM və əhalinin hər nəfərə düşən ÜDM-ə aid olan bütün komponentlər; Məlumat sorğu metodologiyası sənədinə uyğun olaraq tam dolğundur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Seçmə statistik müşahidəsinin layihəsinin tərtibi ölkənin bütün regionlarını (şəhər, kənd) əhatə edir. Seçmə planı regionlarda mövcud olan ev təsərrüfatlarının sayına mütənasib olaraq 1 faiz hesabı ilə tərtib olunur. Ölkənin bütün regionları üzrə reprezentativlik təmin olunur. Nümunələrin seçilməsi iki mərhələli olmaqla sadə təsadüfi üsulla SPSS proqram paketi vasitəsilə aparılır. Seçmə əlaməti üzrə (1-ci mərhələdə ev təsərrüfatlarının sayına görə, 2-ci mərhələdə isə ailənin ölçüsünə görə) layihənin səmərəliliyi (dizayn effekti) hesablanır. Kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilir.
|
13.2
|
Seçmə xətası
|
Baş məcmunun seçmə əlaməti üzrə statistik xarakteristikası (orta kəmiyyət, standart kənarlaşma, dispersiya, variasiya əmsalı, seçmə orta kəmiyyətin standart xətası, dayanıqlıq əmsalı və s.) Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən hesablanır. Sayıcı məntəqələri əhalinin siyahıyaalınma məlumatları əsasında tərtib edildiyinə görə ev təsərrüfatlarının sayına görə həmcinslik təmin edilir. Bu səbəbdən sayıcı məntəqələri üzrə qruplaşma aparılmır. Seçmənin 2-ci mərhələsində seçmə əlaməti kimi ev təsərrüfatlarının ölçüsü əsas götürülür. Ev təsərrüfatlarının ölçüsünə görə statistik xarakteristika hesablanır. Seçmə prosesi rayon daxilində şəhər və kənd üzrə aparıldığından ev təsərrüfatlarının ölçüsünə görə həmcinslik təmin edilir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir). Orta istehsal vaxtı: 45 gün
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Rüblük və illik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər.
|
16
1
|
Xərc və yük
|
Respodentlərə ödəniş edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Bu göstərici Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əsas statistik göstəricilər üzrə məlumatlara dair müəyyən edilmiş reqlamentə əsasən yenidən baxılır.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
"Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti". http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
İlkin məlumatlar İşçi qüvvəsinə dair rüblük müayinə əsasında seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan üzvlərinin sorğuya cəlb olunması vasitəsilə formalaşır. Müayinə iki pillə əsasında aparılır. Birinci pillə seçmədə iştirak edən sayıcı məntəqələrinin müəyyən edilməsindən ibarətdir. Bu məntəqələr hər bir rayon daxilində təsadüfi üsulla seçilir. Seçməyə cəlb olunmuş məntəqələr hər il aktuallaşdırılır. Müayinə üzrə seçmə həcmi hər ilin yanvarın 1-i vəziyyətinə ölkədə mövcud ev təsərrüfatlarının cəmi sayının 1 faizini nəzərdə tutur. Seçmənin bu həcmi ölkənin iqtisadi və inzibati rayonlarının şəhər və kəndləri üzrə mütənasib olaraq bölünür və seçmə planı tərtib olunur. Bu plan əsasında məntəqələr üzrə mütənasib şəkildə seçmə sayı hesablanır və müəyyən olunmuş saya uyğun olaraq hər bir rayonun daxilində şəhər və kəndlər üzrə ayrı-ayrılıqda sadə təsadüfi üsulla ev təsərrüfatları seçilir. Seçməyə cəlb olunmuş ev təsərrüfatlarının rayon siyahısı tərtib olunur. Siyahıda ərazinin kodu, adı, sayıcı məntəqəsinin nömrəsi, ev təsərrüfatı başçısının adı, soyadı, ünvanı göstərilir. Hər ilin II rübündən başlayaraq rotasiya üsulu tətbiq edilir. Belə ki, rayon daxilində hər rüb seçmə həcminin 25 faizi yeniləri ilə əvəz olunur.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Yerli statistika orqanları tərəfindən toplanmış məlumatlar mikro və makro səviyyədə yoxlanılması həyata keçirilir, yəni seçmə planına müvafiq olaraq ev təsərrüfatlarının və respondentlərin sorğuya cavab vermə səviyyəsi, sorğudan imtina etmiş ev təsərrüfatlarının yaxud respondentlərin təyin edilməsi, siyahıda göstərilmiş ünvanda mövcud olmayan ev təsərrüfatları dəqiqləşdirilir. Eyni zamanda sorğu anketində nəzərdə tutulmuş suallara natamam cavab verən respondentlər müəyyən edilir. Əvvəlki dövrün sorğu məlumatları və cari statistik məlumatlarla müqayisə edilərək aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılır.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatlar Dövlət Statistika Komitəsinin Əmək statistikası və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbələri tərəfindən hazırlanır və toplanır.
|
18.6
|
Düzəlişlər
|
Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və məlumatlara yeniden baxılması reqlamentinə əsasən metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur
|