|
Göstəricinin adı:
Hər 100 000 işləyənə düşən istehsalatda həlak olma və xəsarət alma halları, cins və miqrasiya statusu üzrə bölgüdə
|
|
1
1
|
Əlaqə
|
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Əmək statistikası şöbəsi
|
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nemət Xuduzadə
|
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Əmək statistikası şöbəsinin müdiri
|
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nemat.khuduzade@stat.gov.az
|
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 3771070 (2208)
|
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
31.08.2018
|
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
31.08.2018
|
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
03.06.2025
|
|
3
1
|
Statistik təqdimat
|
|
|
3.1
|
Məlumatların izahı
|
İstehsalatda xəsarət alanların və həlak olanların sayı
|
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məşğulluq təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, Ölçü vahidləri təsnifatı və sair Beynəlxalq və milli təsnifatlardan istifadə olunur.
|
|
3.3
|
Əhatə edilən sektor
|
Respublika və onun İqtisadi, inzibati rayonlar üzrə
|
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
İstehsalatda xəsarət alanlar və həlak olanlar
|
|
3.5
|
Statistik vahid
|
İnzibati məlumat
|
|
3.6
|
Statistik məcmu
|
Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
|
|
3.7
|
İstinad zonası
|
Göstərici 2010-cu ildən etibarən hesablanır və həmin ildən etibarən dinamika mövcuddur.
|
|
3.8
|
Vaxt əhatəliyi
|
Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
|
|
3.9
|
Baza dövrü
|
2015
|
|
4
1
|
Ölçü vahidi
|
nəfər
|
|
5
1
|
Hesabat dövrü
|
illik
|
|
6
1
|
İnstitusional mandat
|
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
|
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
İstehsalatda xəsarət alanların və həlak olanların sayının cins üzrə bölgüsü haqqında məlumatların statistik təhlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatları əsasında hazırlanır.
|
|
7
1
|
Məxfilik
|
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
|
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
|
9
1
|
Yayım tezliyi
|
illik
|
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
|
10.2
|
Nəşrlər
|
|
|
10.3
|
Onlayn məlumat bazası
|
|
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
|
10.5
|
Digər
|
Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
|
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
|
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
|
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
|
12
1
|
Aktuallıq
|
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Əsas istifadəçilər: • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), • İqtisadiyyat Nazirliyi (İN), • Təhsil Nazirliyi (TN), • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) • digər dövlət orqanları beynəlxalq təşkilatlar: • Beynəlxalq Əmək Təşkilatı (BƏT), • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və s.
|
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
|
12.3
|
Dolğunluq
|
Məlumat mövcuddur və tam dolğundur.
|
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
|
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
|
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
|
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
|
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika yoxdur.
|
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
|
|
16
1
|
Xərc və yük
|
Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
|
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Belə təcrübə mümkündür.
|
|
18
1
|
Statistik emal
|
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
|
18.4
|
Məlumatlara nəzarət
|
İstehsalatda xəsarət alanların və həlak olanların sayının cins üzrə bölgüsü haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatları əsasında hazırlanır.
|
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompiliyasiyası yoxdur.
|
|
18.6
|
Düzəlişlər
|
Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır.
|
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|