Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Göstərici 8.9.1 Turizmin ÜDM-in həcminə və artım tempinə birbaşa təsiri


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  8.9.1 Turizmin ÜDM-in həcminə və artım tempinə birbaşa təsiri
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Turizmin ÜDM-in həcminə və artım tempinə birbaşa təsiri
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru.suleymanov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 74 50; 377 10 70 (22-17)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 4/1/2021
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 4/1/2021
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26/08/2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Turizm üzrə birbaşa ÜDM alıcıların qiymətlərinə bu xərclər daxilində əlavə edilmiş məhsullar və idxal üzrə xalis vergilərin miqdarına əlavə olaraq daxili turizm istehlakına cavab kimi bütün sənaye sahələri tərəfindən müəyyənləşdirilmiş ümumi əlavə dəyər hissəsinin əsas qiymətlərlə cəmi kimi müəyyən edilir.
3.2 Təsnifat sistemi İFNT(NACE) Rev.2 üçüncü versiya (H, İ, L, N, R)
3.3 Əhatə edilən sektor Turizmin ÜDM-də xüsusi çəkisi -  qeyri - maliyyə korporasiyaları  və ev təsərrüfatı sektorunu əhatə edir.
3.4 Statistik anlayışlar və təriflər Ümumi əlavə dəyər - istehsal olunan əmtəə və xidmətlərin dəyəri ilə (buraxılışla) istehsal prosesində tam istehlak edilən məhsul və xidmətlərin dəyəri (aralıq istehlak) arasındakı fərqlə müəyyənləşdirilir
3.5 Statistik vahid Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorlarını ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricidir.
3.6 Statistik məcmu ÜDM göstəricisinin hesablnması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən ÜDM üçün statistik məcmuə anlayışı münasib deyil.
3.7 İstinad zonası Turizmin ÜDM-də xüsusi çəkisi - iqtisadi vahidlərin-rezidentlərin ölkə ərazisində turizmə aid olan xidmətlərin istehsalı üzrə yaratdıqları əlavə dəyərin həcminin ÜDM-də xüsusi çəkisidir.
3.8 Vaxt əhatəliyi 2013
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi Min manatla
5 1 Hesabat dövrü Hesabat dövrü rəsmi tərtib olunmuş təqvim çərçivəsində (illik) təqdim edilir
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Turizmin ÜDM-də xüsusi çəkisi Turizm Satellit Hesabına: 2008-ci il üzrə tövsiyə olunan  metodoloji struktura, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul olunmuş və BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avrosstat tərəfindən hazırlanmış beynəlxalq standarta əsaslanır.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Bütün beynəlxalq təşkilatlara və yerli istifadıçilərə
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf

7.2 Məxfi məlumatların işlənməsi Məxvi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Statstik göstəricilərinin yayım təqvimi Komitənin internet səhifəsində mövcuddur
8.2 Yayım təqviminə giriş  http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi Turizm | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Müəyyən olunmuş təqvimə əsasən "Azərbaycanda turizm" adlı statistik məcmuəsində dərc olunur
10.2 Nəşrlər Komitənin rəsmi internet səhifəsində "Statistik nəşrlər" bölməsinin  "Bülletenlər və bukletlər" alt bölməsinin "Nəşrlərin e-versiyası" hissəsində  "Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə,  həmçinin turizmin ÜDM-də xüsusi çəkisi haqqında məlumat , illik "Azərbaycanda turizm," və "Azərbaycanın Statistik göstəriciləri" məcmüələrində dərc olunur.
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/system_nat_accounts/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
10.5 Digər Turizmin ÜDM-də xüsusi çəkisi Turizm Satellit Hesabına: 2008-ci il üzrə tövsiyə olunan  metodoloji struktura, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul olunmuş və BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avrosstat tərəfindən hazırlanmış beynəlxalq standarta əsaslanır.
10.6 Metodologiya üzrə sənədlər  Metodoloji materialı "Statistika üzrə əsas göstərişlər", "Azərbaycanda turizm" adllı nəşlərdə və ya bu linkdə tapmaq olar http://www.stat.gov.az/menu/7/other_metadata/.
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf

11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.

12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İstifadəçilərin tələbatı illik məlumatlardır.Əsas istifadəçilər: Beynəlxalq təşkilatlar
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

 

12.3 Dolğunluq Turizmin ÜDM-də xüsusi çəkisi Turizm Satellit Hesabına: 2008-ci il üzrə tövsiyə olunan  metodoloji struktura, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul olunmuş və BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avrosstat tərəfindən hazırlanmış beynəlxalq standarta əsaslanır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik İllik məlumatlar əsasında dəqiqləşdirilir
13.2 Seçmə xətası Mövcud deyil.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma "Statistik işlər planı"na uyğun olaraq hazırlanır
14.2 Tam vaxtında yerinə yetirmə Məlumatlar vaxtlı-vaxtlında statistik işlər proqramının təqviminə əsasən hazırlanır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisəlilik təmin edilir
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq İllik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir.
15.4 Daxili uyğunluq Turizmin ÜDM-də xüsusi çəkisi Turizm Satellit Hesabına: 2008-ci il üzrə tövsiyə olunan  metodoloji struktura, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul olunmuş və BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avrosstat tərəfindən hazırlanmış beynəlxalq standarta əsaslanır.
16 1 Xərc və yük Respondetlərə ödəniş edilmir
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamentinə uyğun aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi "Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Müəssisə və təşkilatlardan daxil olan məlumatlar,
18.2 Məlumatların toplanması dövriliyi  Məlumatlar illik toplanır
18.3 Məlumatların toplanması Onlayn hesabatlar
18.4 Məlumatlara nəzarət Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatlar Dövlət Statistika Komitəsinin Xidmət statistikası  şöbəsindən əldə edilir.
18.6 Düzəlişlər Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
19 1 Şərh Əlavə şərh yoxdur.