Göstəricinin adı:
Böyüklərin hər 100 000 nəfərinə düşən a) kommersiya banklarının filiallarının və b) bankomatların sayı
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nuru Süleymanov
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nuru.suleymanov@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 377 10 70 (22-30)
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
04/01/2021
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
04/01/2021
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26/08/2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Böyüklərin hər 100 000 nəfərinə düşən kommersiya banklarının filiallarınınn sayı ölkə üzrə kommersiya banklarının filiallarının sayının böyüklərin (15 yaş və yuxarı) sayına nisbətinin 100 000-ə hasili kimi hesablanır. Böyüklərin hər 100 000 nəfərinə düşən bankomatların sayı ölkə üzrə bankomatların sayının böyüklərin (15 yaş və yuxarı) sayına nisbətinin 100 000-ə hasili kimi hesablanır.
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi fəaliyyət növləri təsnifatı (üçüncü versiya)
|
3.3
|
Əhatə edilən sektor
|
MHS 2008 metodologiyasına əsasən Maliyyə sektorunun (S12) 64190 və 64920 fəaliyyət növləri üzrə
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. ATM və ya Bankomat- müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir
|
3.5
|
Statistik vahid
|
Hüquqi şəxslər
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kommersiya banklarının filialları və bankomatlardır.
|
3.7
|
İstinad zonası
|
Ölkə üzrə
|
3.8
|
Vaxt əhatəliyi
|
2010-cu ildən bəri dinamikası aparılır.
|
3.9
|
Baza dövrü
|
yoxdur
|
4
1
|
Ölçü vahidi
|
yoxdur
|
5
1
|
Hesabat dövrü
|
illik dövriliklə
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
"Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Göstərici ölkədə fəaliyyət kommersiya banklarının filiallarının təqdim etdikləri hesabat əsasında hesablanır.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
• “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir və məlumatlar Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Statistik məlumatla Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət" adlı sənədə əsasən Dövlətstatkomun müvafiq sahədə fəaliyyətlərini müəyyən edən rəsmi statistik məlumatların yayılması üzrə siyasəti açıqlanır. https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
9
1
|
Yayım tezliyi
|
Rüblük
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
"Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə nəşr olunur
|
10.2
|
Nəşrlər
|
Komitənin rəsmi internet səhifəsində "Statistik nəşrlər" bölməsinin "Bülletenlər və bukletlər" alt bölməsinin "Nəşrlərin e-versiyası" hissəsində "Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə nəşr olunur
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/system_nat_accounts/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Komitənin 13 iyun 2011-ci il tarixində təsdiq etdiyi “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
İstifadəçi https://www.azstat.org/xidmetler/st_melumat/ linkindən də istifadə edə bilər.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
http://www.cbar.az/assets/3158/Pul_ve_maliyye_statistikasi_hesabatinin_tertibi_ve_teqdim_edilmesi_haqqinda_Telimat.pdf
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Böyüklərin hər 100 000 nəfərinə düşən kommersiya banklarının filiallarının və bankomatların sayı ilə bağlı məlumatlarla bütün istifadəçilər maraqlanır.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aylıq hesabat təqdim olunur.
|
13.2
|
Seçmə xətası
|
Mövcud deyildir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə
xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30
oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında
baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması
qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Böyüklərin hər 100 000 nəfərinə düşən kommersiya banklarının filiallarının və bankomatların sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Böyüklərin hər 100 000 nəfərinə düşən kommersiya banklarının filiallarının və bankomatların sayı ilə bağlı məlumatlar vaxtlı-vaxtlında hazırlanır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisəlilik təmin edilir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Aylıq və rüblük məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
|
15.4
|
Daxili uyğunluq
|
Uyğunluq aparılır.
|
16
1
|
Xərc və yük
|
Mövcud deyildir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Beynəxalq təşkilatların tövsiyyələri əsasında
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
4-əmək nömrəli rəsmi statistika hesabatı formasına əsasən
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
rüblük və illik dövriliklə
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Online rejimində məlumatlar toplanır.
|
18.6
|
Düzəlişlər
|
Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur
|