Göstəricinin adı:
Emal sənayesində məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Əmək statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nemət Xuduzadə
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Əmək statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nemat.khuduzade@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 61 21
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
31.08.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
31.08.2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.20024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
İqtisadiyyatda məşğul olan əhaliyə muzdla işləyənlər və özünüməşğul əhali, o cümlədən sahibkarlar, fərdi qaydada iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar, istehsalat kooperativ üzvləri və ailə müəssisəsində əməyi ödənilməyən işçi kimi əmək fəaliyyəti ilə məşğul olanlar daxildir.
|
3.2
|
Təsnifat sistemi
|
Emal sənayesində məşğul əhalinin sayının hesablanmasında və təsnifləşdirilməsində əsas etibarilə İqtisadi fəaliyyət növləri, Məşğulluq, Mülkiyyət növləri, İnzibati ərazi bölgüsü təsnifatlarından istifadə olunur.
|
3.3
|
Əhatə edilən sektor
|
Emal sənayesində məşğul əhalinin hesablanmasında və təsnifləşdirilməsində İqtisadi Fəaliyyət Növləri Təsnifatının C-Emal sənayesi seksiyası əhatə olunur.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
İqtisadiyyatda məşğul olan əhaliyə muzdla işləyənlər və özünüməşğul əhali, o cümlədən sahibkarlar, fərdi qaydada iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar, istehsalat kooperativ üzvləri və ailə müəssisəsində əməyi ödənilməyən işçi kimi əmək fəaliyyəti ilə məşğul olanlar daxildir.
|
3.5
|
Statistik vahid
|
Seçmə müşahidənin aparılması üçün respublika üzrə seçməyə düşmüş ev təsərrüfatları
|
3.6
|
Statistik məcmu
|
Əhalinin siyahıyaalınması bazası əsasında müntəzəm olaraq ev təsərrüfatlarının siyahısı
|
3.7
|
İstinad zonası
|
Ölkənin iqtisadi rayonları (kənd və şəhər yerləri daxil) üzrə aparılır.
|
3.8
|
Vaxt əhatəliyi
|
Məşğul əhali Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq, 2003 və 2006-cı illərdə birdəfəlik, 2007-ci ildən rüblük dövrlərlə keçirilən Əhalinin iqtisadi fəallığına dair seçmə statistik müayinə əsasında hesablanır.
|
3.9
|
Baza dövrü
|
Göstəricinin baza dövrü yoxdur
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Emal sənayesində məşğul əhalinin sayının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
|
8.3
|
İstifadəçi girişi
|
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Göstəriciyə dair əsas məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər", "Azərbaycan gəncləri" Dövlət Statistika Komitəsinin internet saytda mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/labour/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Əsas istifadəçilər: • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), • İqtisadiyyat Nazirliyi (İN), • Təhsil Nazirliyi (TN), • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) • digər dövlət orqanları beynəlxalq təşkilatlar: • Beynəlxalq Əmək Təşkilatı (BƏT), • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və s.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat mövcuddur və tam dolğundur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətası hesablanmır.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
|
16
1
|
Xərc və yük
|
Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Belə təcrübə mümkündür.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
İlkin məlumatlar İşçi qüvvəsinə dair rüblük müayinə əsasında seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan üzvlərinin sorğuya cəlb olunması vasitəsilə formalaşır. Müayinə iki pillə əsasında aparılır. Birinci pillə seçmədə iştirak edən sayıcı məntəqələrinin müəyyən edilməsindən ibarətdir. Bu məntəqələr hər bir rayon daxilində təsadüfi üsulla seçilir. Seçməyə cəlb olunmuş məntəqələr hər il aktuallaşdırılır. Müayinə üzrə seçmə həcmi hər ilin yanvarın 1-i vəziyyətinə ölkədə mövcud ev təsərrüfatlarının cəmi sayının 1 faizini nəzərdə tutur. Seçmənin bu həcmi ölkənin iqtisadi və inzibati rayonlarının şəhər və kəndləri üzrə mütənasib olaraq bölünür və seçmə planı tərtib olunur. Bu plan əsasında məntəqələr üzrə mütənasib şəkildə seçmə sayı hesablanır və müəyyən olunmuş saya uyğun olaraq hər bir rayonun daxilində şəhər və kəndlər üzrə ayrı-ayrılıqda sadə təsadüfi üsulla ev təsərrüfatları seçilir. Seçməyə cəlb olunmuş ev təsərrüfatlarının rayon siyahısı tərtib olunur. Siyahıda ərazinin kodu, adı, sayıcı məntəqəsinin nömrəsi, ev təsərrüfatı başçısının adı, soyadı, ünvanı göstərilir. Hər ilin II rübündən başlayaraq rotasiya üsulu tətbiq edilir. Belə ki, rayon daxilində hər rüb seçmə həcminin 25 faizi yeniləri ilə əvəz olunur.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Məlumatlar rüblük dövrülüklə toplanır.
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar üz-üzə müsahibələr yolu ilə kağız anketlər vasitəsilə respondentlərin birbaşa özlərindən və ya həmin ev təsərrüfatının digər üzvlərindən toplanır. www.stat.gov.az/menu/4/e-reports/az/02/002_p.php İldə bir dəfə regional səviyyədə müayinə aparan şəxslərə müayinələrin necə aparılması ilə bağlı seminarlar keçirilir.
|
18.4
|
Məlumatlara nəzarət
|
Yerli statistika orqanları tərəfindən toplanmış məlumatlar mikro və makro səviyyədə yoxlanılması həyata keçirilir, yəni seçmə planına müvafiq olaraq ev təsərrüfatlarının və respondentlərin sorğuya cavab vermə səviyyəsi, sorğudan imtina etmiş ev təsərrüfatlarının yaxud respondentlərin təyin edilməsi, siyahıda göstərilmiş ünvanda mövcud olmayan ev təsərrüfatları dəqiqləşdirilir. Eyni zamanda sorğu anketində nəzərdə tutulmuş suallara natamam cavab verən respondentlər müəyyən edilir. Əvvəlki dövrün sorğu məlumatları və cari statistik məlumatlarla müqayisə edilərək aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılır.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları, o cümlədən intervüyerlər bu barədə məlumatlandırılır və hesabat dövrü bitmədən uyğun düzəlişlər edilir. Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası regionlar, rayonlar, şəhər və kənd səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, median qiyməti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur. Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|