|
Göstəricinin adı:
Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi
|
|
1
1
|
Əlaqə
|
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sosial statistika şöbəsi
|
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elçin Hacı
|
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sosial statistika şöbəsinin müdiri
|
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elchin.haji@stat.gov.az
|
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 377 10 70 (22-70)
|
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
12.08.2014
|
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
12.08.2014
|
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
03.06.2025
|
|
3
1
|
Statistik təqdimat
|
|
|
3.1
|
Məlumatların izahı
|
Elmi tədqiqatlar və işləmələr anlayışı altında elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarışı məqsədilə mütəmadi əsasda həyata keçirilən elmi fəaliyyət başa düşülür.Həm icraçı təşkilatlar tərəfindən yerinə yetirilən işlər (yəni daxili və xarici xərclər) uçota alınmaqla elmi tədqiqat və işləmələrin yerinə yetirilməsinə sərf olunan xərclərin ümumi məbləği, o cümlədən həm cari, həm də əsaslı xərclər nəzərə tutulur.
|
|
3.2
|
Təsnifat sistemi
|
Ölçü vahidlərinin təsnifatı
|
|
3.3
|
Əhatə edilən sektor
|
Sosial
|
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Emal sənayesinin əlavə dəyəri tədqiqatçılar və siyasət qurucuları tərəfindən ümumi qəbul edilmiş və ölkənin sənayeləşmə səviyyəsini ölçmək üçün geniş istifadə edilən bir göstəricidir. Emal sənayesinin əlavə dəyərinin ÜDM-dəki xüsusi çəkisi emal sənayesinin iqtisadiyyatdakı rolunu və ümumilikdə ölkənin milli inkişafını əks etdirir. Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyəri ölkənin sənayeləşmə səviyyəsinin ölkə iqtisadiyyatının həcminə uyğunlaşdırılmış əsas göstəricisidir. Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyərindən statistika üçün əsas istifadə məqsədlərindən biri ölkələrin sənaye üzrə inkişaf mərhələsi baxımından qruplaşdırılmasıdır.
|
|
3.5
|
Statistik vahid
|
Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
|
|
3.6
|
Statistik məcmu
|
Sənaye məhsulunun həcminin hesablanmasında baş məcmu bütün sənayedir. Aylıq dövrilikdə iri, rüblük dövrilikdə isə kiçik sahibkarlıq subyektlərindən və illik dövrilikdə iri və kiçik sahibkarlıq subyektlərindən başdan-başa metodla məlumatlar əldə edilir.
|
|
3.7
|
İstinad zonası
|
Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün elmi-texniki işləri yerinə yetirən müəssisələr.
|
|
3.8
|
Vaxt əhatəliyi
|
1995-cı ildən hesablanir və dinamika sıraları mövcuddur.
|
|
3.9
|
Baza dövrü
|
Hər il yenilənir
|
|
4
1
|
Ölçü vahidi
|
manat
|
|
5
1
|
Hesabat dövrü
|
illik
|
|
6
1
|
İnstitusional mandat
|
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
|
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
|
7
1
|
Məxfilik
|
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi
statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq
olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19
fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla
necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatların işlənməsinə dair normativ sənəd yoxdur
|
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
|
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir.
|
|
9
1
|
Yayım tezliyi
|
illik
|
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
|
10.2
|
Nəşrlər
|
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
|
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/education/
|
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
|
10.5
|
Digər
|
Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
|
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
ÜDM-in real artım tempi haqqında metodoloji materialı "Statistika üzrə əsas göstəricilər", Azərbaycanın Milli Hesabları" adlı nəşrlərdə və ya bu linkdə tapmaq olar http://www/stat.gov.az/menu/7/other_metadata/.
|
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
|
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət
Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin
idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində
keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin
avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması”
sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
|
12
1
|
Aktuallıq
|
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İldə bir dəfə elm statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
|
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
|
12.3
|
Dolğunluq
|
Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
|
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
|
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
|
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir.
|
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə və regionlar üzrə göstərici hesablanır.
|
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
|
15.3
|
Sahələrarası uyğunluq
|
Digər sahələrlə əlaqəsi yoxdur
|
|
15.4
|
Daxili uyğunluq
|
Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
|
|
16
1
|
Xərc və yük
|
Son dövrlərdə hesabatların real-vaxt rejimində təqdim edilməsinə keçilməsi səmərəliliyin yaxşılaşdırılması sahəsində atılan ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi sattistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır.
|
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
|
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Belə bir təcrübə yoxdur.
|
|
18
1
|
Statistik emal
|
|
|
18.1
|
İlkin məlumatlar
|
Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün doktoranturası olan müəssisələr
|
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
|
18.4
|
Məlumatlara nəzarət
|
Elmi-texniki işləri yerinə yetirən müəssisələr yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edirlər.
|
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompilyasiyası aparılmır
|
|
18.6
|
Düzəlişlər
|
Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
|
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur
|